Futbol meydanında növbəti kuryoz hadisə
26.10.2009 - 18:35
Futbol meydanında növbəti kuryoz hadisə
İspaniya çempionatının üçüncü divizionunda kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Estremadura” - “Badaxos” oyununda qonaq komandanın futbolçusu Emilio Pintonu meydandan çıxarmağa xərək tapılmayıb.

Diz bağlarından zədə alan və nəticədə bir neçə aylığa sıradan çıxan Emilio “Fransisko de la Era” stadionunda görünməmiş halla üzləşib. Belə ki, xərək olmadığı üçün onu yaşıl meydanından qapının üstündə çıxarıblar. Taxtadan olan otaq qapısının üstünə uzandırılan Emilio futbol tarixinə düşdüyün yəqin ki, tam sağalandan sonra başa düşəcək.