“Azərbaycan yığması ilə görüşün nəticəsi sürpriz oldu”
27.10.2009 - 09:23
“Azərbaycan milli komandası ilə görüş maraqlı alındı. Rəqib gözlədiyimdən daha yaxşı oyun nümayiş etdirdi”. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının baş məşqçisi Branko Vukasinoviç deyib.
O, Bakıda təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsi I qrupu çərçivəsində milli komandamızla matçın nəticəsini (0:0) gözlənilməzlik kimi qəbul edib: “Bu nəticəni sürpriz hesab etmək olar. Birinci hissədə düzgün oynamadıq. Fasilədən sonra fərqlənmək üçün real şanslarımız oldu. Onu da nəzərə almaq lazımdır ki, əsas hücumçularımız zədə ucbatından bizimlə birgə deyillər”.
Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzer isə heç-heçədən razı qaldığını açıqlayıb: “İki güclü komanda qarşılaşdı. Həm bizim, həm də Serbiya yığmasının qol vurmaq üçün şansı oldu. Heç-heçə də hər iki komanda üçün pis nəticə deyil. Sübut etdik ki, Avropada istənilən güclü komandaya qarşı oynaya bilərik”.
Qeyd edək ki, milli komandamız sabah İngiltərə, oktyabrın 31-də Qazaxıstanı sınağa çəkəcək.

0
0