Arda Turanın evlənəcəyi qadın
27.10.2009 - 10:12
Arda Turanın evlənəcəyi qadın
Türkiyə milli komandasının və “Qalatasaray”ın futbolçusu Arda Turanın ailə quracağı qadın müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gənc qızların sevimlisi olan 22 yaşlı yarımmüdafiəçi ilk dəfə şəxsi həyatı haqda danışıb. O, xəyalında tutduğu ideal qadının necə olduğunu, kiminlə evlənəcəyini bildirib.

“Evlənəcəyim qadın həm universitet məzunu, həm də evdar qadın olmalıdır. Yemək hazırlamalı, ev təmizləməli, mənə xidmət göstərməlidir. Bundan başqa, siyasətdən futbola qədər hər mövzuda məlumatlı olmalıdır. Mən anama aşiqəm. Həyat yoldaşım da ona bənzəməlidir” – deyə türk futbolçu vurğulayıb.

Qeyd edək ki, Arda Turan Eda Türkmen, daha sonra Sinem Kobal ilə eşq macəraları yaşasa da, onların münasibətləri rəsmiləşməyib.