“Xəzər-Lənkəran” “Qarabağ”la oyuna harada hazırlaşır?
27.10.2009 - 10:18
“Xəzər-Lənkəran” “Qarabağ”la oyuna harada hazırlaşır?
“Xəzər-Lənkəran” Unibank Premyer Liqasının IX turuna hazırlıqlara start verib. Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, Ağdamda "Qarabağ"la qarşılaşacaq cənub təmsilçisi qarşılaşmaya hazırlığın ilk mərhələsini Lənkəranda keçirir.

Lakin komandanın baş məşqçisi Ağasəlim Mircavadov bir vaxtlar çalışdırdığı rəqiblə matça bölgəyə daha yaxın yerdə hazırlıq keçmək niyyətindədir. Belə ki, lənkəranlılar sabah Mingəçevirə yollanaraq qarşılaşma ərəfəsində son məşqlərini orada keçirəcək. “Xəzər-Lənkəran” qarşıdakı matça tam heyətlə hazırlaşır. Ailə problemlərini həll etmək üçün Bolqarıstana yollanan Kostadin Cambazov, hələ ki, komandanın məşqlərinə qatılmır.