Stanislav Çerçesov Azərbaycan milli komandasından əl çəkmir
27.10.2009 - 10:35
Stanislav Çerçesov Azərbaycan milli komandasından əl çəkmir
Rusiyalı mütəxəssis Stanislav Çerçesov Azərbaycan milli komandasının baş məşqçisi olmaq iddiasından əl çəkmir. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak” klubu ilə yollarını ayırdıqdan sonra işsiz olan osetin mütəxəssis yığmamızdan dəvət gözləməkdə davam etdiyini gizlətməyib.

İndi Çerçesovu maraqlandıran əsas məsələ Berti Foqtsun milli komandamızın baş məşqçi postunda gələcək taleyinə tezliklə aydınlıq gəlməsidir: “Seçmə mərhələ artıq başa çatıb. Ancaq onların baş məşqçisi var. O, hələ postunda işləyir. Mən isə namizədlərdən biriyəm”.

Çerçesov milli komandamızda işləyəcəyi təqdirdə, proqramı haqda da söz açıb: “Təbii ki, proqramımda Azərbaycan futbolunun mentaliteti və koloriti nəzərə alınacaq. Bu isə o deməkdir ki, seçim mənim xeyrimə edilərsə, komandanın rəhbərliyində Azərbaycan futbolunu yaxşı bilən yerli mütəxəssislər olmalıdır. Onda adaptasiya üçün vaxt da az gedəcək. Bunu uğur yaradan əsas amillərdən sayıram”.