“Yığmaya xoş gəlmisən! Mənə siqara gətirmisən?”
27.10.2009 - 12:00
“Hesab etmirəm ki, yığmaya çağırılmağım avans idi. Bu dəvətin gözlənilməz olması ilə razıyam. Azərbaycan milli komandası ilə görüş öncəsi çoxlu futbolçuların xəstələnməsi, yaxud vərəqə alması öz sözünü dedi. Ancaq Hiddink düşünülmüş qərar verdi, namizədliyimi ona heç kim zorla qəbul etdirməyib”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının debütantı Dmitri Tarasov deyib.
Milli komandamızla 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 14-də keçirilmiş oyuna sonradan çağırılan “Moskva” klubunun yarımmüdafiəçisi soydaşımız Aleksandr Səmədovla bir yerdə oynayır. Səmədovun da Rusiyanın əsas yığmasına dəvət olunmasını istəyən Tarasov Bakıda başına gələnlərdən söhbət açıb. O, öncə Tofiq Bəhramov adına Respublika stadionunda məşq zamanı təəccüblənib: “Bakıya gəldik, ilk məşqimiz keçirdik. Bu zaman kiçik narahatçılıq yarandı. Belə ki, məşqdə məni sağ mərkəz müdafiəçisi qoydular. Mən isə həyatım boyu bu mövqedə oynamamışam”.
Tarasov Bakıdakı oyunda ehtiyatda qalsa da, meydana çıxmalı imiş. Ancaq 80-ci dəqiqədə qapıçımız Kamran Ağayevin rəqib müdafiəçi Sergey İqnaşeviçin penalti zərbəsini dəf etməsi vəziyyəti dəyişdirib: “Həmin vaxt meydana çıxmağa hazırlaşırdım. İqnaşeviç penaltini vurmağa hazırlaşdığı zaman hiss etdim ki, üçüncü əvəzetmə mənimdir. Ancaq hər şey uğursuz alındı və əvəzetmənin yeri yox idi. Görünür, debütüm təxirə salındı. Əlbəttə, Sloveniya yığması ilə pley-off oyunlarına çağırılıb, meydana çıxmaq istərdim”.
Səmədovun komanda yoldaşını ən çox heyrətləndirən yığmanın baş məşqçisi Qus Hiddinkin ondan istəyi olub: “Məni salamlayan Hiddink “yığmaya xoş gəlmisən” dedi. Sonradan soruşdu ki, mənə siqara gətirmisən? Cavabımda “üzr istəyirəm, mən çəkmirəm” dedim. Hiddink isə “mənim üçün fərqi yoxdur, çəkirsən, ya yox, əsas odur ki, mən siqara xoşlayıram” söylədi. “Rebko mənə hədiyyə ilə gəlmək lazım olduğunu bildirməyib” deməklə vəziyyətdən birtəhər çıxdım”.

0
0