Luis Felipe Skolari “Bakı” klubu ilə bir yerdə olmaqdan imtina etdi
27.10.2009 - 12:21
Luis Felipe Skolari “Bakı” klubu ilə bir yerdə olmaqdan imtina etdi
Azərbaycanı növbəti “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində təmsil edəcək “Bakı” klubunun potensial rəqiblərindən biri sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, Özbəkistan çempionu olan “Bunedkor” gələn ilin yanvarında Moskvada keçiriləcək turnirə qatılmaqdan imtina edib.

Daşkənd təmsilçisinin braziliyalı baş məşqçisi Luis Felipe Skolari hər ilin qışında Rusiyada təşkil olunan bu yarışda çıxış etməyə qarşı çıxıb: “Bizim üçün ən vacibi yeni mövsümə planlı şəkildə hazırlaşmaqdır. İki təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Bunlardan biri Avropada, biri Asiyada nəzərdə tutulub. Sözsüz ki, “Birlik kuboku”nda çıxış etmək yaxşı ənənədir. Ancaq qarşımızda qoyulan məqsədə çatmaq üçün yeni mövsümə hazırlıq keçmək niyyətindəyik. Buna görə, həmin turnirdə çıxış etmək planımızda deyil. Bundan əlavə, hesab edirəm ki, Çempionlar Liqasının oyunlarının artıq fevralda keçirilməsi ilə əlaqədar sintetik örtükdə keçirilən turnir futbolçulara ziyan vura bilər”.