Korkmaz nəyi dəyişməkdən qorxmadı? - ARAŞDIRMA
27.10.2009 - 12:37
Korkmaz nəyi dəyişməkdən qorxmadı? - ARAŞDIRMA
“Bakı” klubu Unibank Premyer Liqasında yeni baş məşqçi Bülənt Korkmazın rəhbərliyi altında sayca üçüncü oyununu da arxada qoyub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis debüt matçında səfərdə “Turan”ı minimal hesabla məğlub etdikdən sonra ardıcıl 2 qarşılaşma məğlubiyyətlə barışıb. “İnter”ə 1, “Neftçi”yə 2 cavabsız qolla uduzan komandada islahatlar aparmaq niyyətini ilk gündən açıqlayan türk çalışdırıcı hələlik “Bakı”nı uğura daşıyan yolun axtarışındadır. Maraqlıdır, görəsən futbolçu kimi “Qalatasaray”ın və Türkiyə yığmasının əfsanəsinə çevrilən Korkmaz bu müddətdə komandada nəyi dəyişib?

İlk növbədə onu qeyd edək ki, nəticə baxımından baş məşqçi dəyişikliyi “Bakı”nın nəticələrində ciddi əks olunmayıb. Həm Korkmaz, həm də onun sələfi olmuş makedoniyalı Qyoko Hacıyevski cari mövsüm komandanı 3 çempionat matçına çıxarıb. Baş məşqçilərin dəyişdiyi vaxtda isə daha bir matçda bakılılara Nazim Süleymanov rəhbərlik edib. Eyni sayda oyunda yetirmələrinə rəhbərlik edən Hacıyevski ilə Korkmazın nəticələrinə gəlincə, onların hərəsi 1 qələbə qazanıb. Lakin makedoniyalının vaxtında “Bakı” daha çox - 4 xal toplayaraq, top fərqində bərabərliyə nail olub - 2:2. Türkiyəli isə 3 xalla kifayətlənib və topların mənfi fərqi ilə barışmalı olub - 1:3. Lakin sonuncunun “İnter” və “Neftçi” kimi iddialılarla üz-üzə gəldiyini də qeyd etməliyik.

Nəticələrdən fərqli, heyətdəki dəyişiklər daha qabarıq hiss olunur. Klubun ilkin sifariş ərizəsində adları olan 27 futbolçudan ikisini - əsasən əvəzedici komandada yer alan Aqil Məmmədovla Rəhman Hacıyevi nəzərə almasaq, “Bakı”da qalan 25 oyunçu üçün baş məşqçi dəyişikliyi fərqli olub. Hacıyevski onlardan 5-nə, Korkmaz isə 8-nə heç şans verməyib. Bunlardan 3-ü hər iki məşqçinin vaxtında yaşıl meydana həsrət qalıb. Rumıniyalı Kristian Muskalu zədə üzündən “Bakı”da debüt edə bilmirsə, Fernando Peres və Rafael Əmirbəyov sadəcə, heyətə düşmək iqtidarında deyillər. Hacıyevskinin yalnız avrokuboklarda güvəndiyi bu cütlük Süleymanovun baş məşqçi vəzifəsini icra etdiyi qarşılaşmada start heyətində yer alsa da, bu, onların çempionatda yeganə oyunu olub. Maraqlıdır ki, hər iki futbolçu “Bakı” ilə Premyer Liqa tarixində 99 görüş keçirdiyindən, yubiley həsrəti ilə ehtiyatda “yatır”. Makedoniyalının güvənmədiyi digərləri üçün isə Korkmazın gəlişi uğur gətirib. Hacıyevskinin ehtiyatda saxladığı Fabio Luis Ramim türkiyəlinin sevimli oyunçusuna çevrilməyə başlayıb. Bunun nəticəsidir ki, Korkmaz üçün əvəzolunmaz olan braziliyalı 2 oyunda kapitan sarğısını da daşıyıb. Makedoniyalının yaxşı tanıyıb transfer etməsinə baxmayaraq, oynatmadığı Aleksandr Tomovski də türkiyəlinin etimadını qazanmaqdadır. Lakin o, sevimli mərkəz müdafiəçisi mövqeyində deyil, arxa xəttin sağ cinahında yer alır. Sələfinin güvəndiyi oyunçuların 5-dən narazı qalan Korkmaz Daniel Oprita və Rafael Barbozanın komandadan kənarlaşdırılmasına qərar verib. Zədəli Saşa Yunisoğludan fərqli, Xalidu Sissoko ilə Elvin Əliyev isə yeni baş məşqçinin planlarına heç uyğun gəlmir. Hərçənd, Əliyev Hacıyevski üçün 3 matçda əvəzolunmaz sayılan 2 nəfərdən biri idi. Makedoniyalının digər əvəzolunmazı Aleksey Savinov da əvvəlki kimi, heyətdə özünü rahat hiss etmir. Yeni çalışdırıcı ona cəmi 1 dəfə şans verib. Sözügedən üç tur artıq Korkmazın özü üçün də əvəzolunmaz futbolçuların yaranması təsiri bağışlayır. Fabio ilə yanaşı, Marko Şarliya, Vadim Borets, Ernad Skuliç və Jaba da hər 3 qarşılaşmada meydanda əvəzolunmaz olub. Sonuncu 2 futbolçu Hacıyevskinin də hər 3 matçında meydanda olmuşdu. Korkmazın yeganə qol sevincini də onun Türkiyə Superliqasından yaxşı tanıdığı Jaba vurub. Ernad isə komandasının ən sabit oyunçusu olduğunu təsdiqləyir. Xorvatiyalı dayaq yarımmüdafiəçisi heyətdəki yerini qorusa da, indi mərkəz müdafiəçi kimi oynamaq məcburiyyətindədir.

Qyoko Hacıyevskinin “Bakı”sı

1

2

3

4

5

6

Aleksey Savinov

3

270

0

1

0

Elvin Əliyev

3

270

0

0

0

Jaba

3

261

0

2

1

Ernad Skuliç

3

246

1

0

0

Cəmşid Məhərrəmov

3

225

0

1

0

Danial İonel Oprita

3

173

0

0

0

Amiran Muciri

3

127

0

0

0

Əhməd Ticani

3

76

0

0

0

Marko Şarliya

2

180

0

0

0

Mihay Pank

2

180

0

0

0

Vadim Borets

2

180

0

0

0

Saşa Yunisoğlu

2

173

0

0

0

Georgi Adamiya

2

152

0

1

0

Aleksandar Şoliç

1

90

1

0

0

Feliks Felipe Almeida

1

90

0

1

0

Stevan Batez

1

90

0

0

0

Xalidu Sissoko

1

90

-2

0

0

Bəxtiyar Soltanov

1

45

0

0

0

Mahmud Qurbanov

1

45

0

0

0

Rafael Barbosa

1

7

0

0

0

Aleksandr Tomovski

0

0

0

0

0

Fabio Luis Ramim

0

0

0

0

0

Fernando Peres

0

0

0

0

0

Kristian Muskalu

0

0

0

0

0

Rafael Əmirbəyov

0

0

0

0

0



Bülənt Korkmazın “Bakı”sı

1

2

3

4

5

6

Ernad Skuliç

3

270

0

1

0

Fabio Luis Ramim

3

270

0

1

0

Marko Şarliya

3

270

-3

0

0

Jaba

3

270

1

1

0

Vadim Borets

3

270

0

0

0

Georgi Adamiya

3

235

0

0

0

Aleksandar Şoliç

3

197

0

0

0

Amiran Muciri

3

163

0

1

0

Bəxtiyar Soltanov

3

163

0

0

0

Əhməd Ticani

3

138

0

0

0

Stevan Batez

2

180

0

0

0

Aleksandr Tomovski

2

135

0

0

0

Cəmşid Məhərrəmov

2

135

0

2

0

Mihay Pank

2

80

0

1

0

Feliks Felipe Almeida

2

59

0

0

0

Aleksey Savinov

1

90

0

0

0

Mahmud Qurbanov

1

45

0

0

0

Danial İonel Oprita

0

0

0

0

0

Elvin Əliyev

0

0

0

0

0

Fernando Peres

0

0

0

0

0

Kristian Muskalu

0

0

0

0

0

Rafael Barbosa

0

0

0

0

0

Rafael Əmirbəyov

0

0

0

0

0

Saşa Yunisoğlu

0

0

0

0

0

Xalidu Sissoko

0

0

0

0

0



1 – futbolçu, 2 – oyun, 3 – dəqiqə, 4 – qol, 5 – sarı vərəqə, 6 – qırmızı vərəqə.