Messi ən yaxşı futbolçu seçildi
27.10.2009 - 12:50
Messi ən yaxşı futbolçu seçildi
İspaniya Futbol Liqası ötən çempionatın ən yaxşı futbolçularını və məşqçilərini mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, gözlənildiyi kimi mükafatların çoxunu ötən mövsüm bütün titullara sahib çıxan “Barselona”nın futbolçuları əldə edib.

Argentinalı forvard Leonel Messi ən yaxşı hücumçu və turnirin ən yaxşı oyunçusu seçilib. Messinin ispaniyalı komanda yoldaşlarından Andreas İnyesta ən yaxşı hücumameylli yarımmüdafiəçi, Xavi Ernandes ən yaxşı yarımmüdafiəçi olub. Daha bir “Barselona”lı – braziliyalı Daniel Alves ən yaxşı müdafiəçi, Xosep Qvardiola turnirin ən yaxşı məşqçisi sayılıb. Yalnız iki mükafat “Barselona”nın futbolçularına qismət olmayıb. Belə ki, Primeronun ən yaxşı qapıçısı İker Kasilyas (“Real”), “Fair Play” mükafatını isə “Deportivo”nun yarımmüdafiəçisi Xuan Valeron alıb.