Xanımlarımız üçün şans
27.10.2009 - 13:04
Qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçında Uelslə qarşılaşacaq. Turnirdəki debüt matçında İsveç futbolçularına 0:3 hesabı ilə uduzan Şamil Heydərovun yetirmələrinin bu dəfəki rəqibi skandinaviyalılar qədər güclü deyil.
Futbolçularımız bundan yararlanıb seçmə mərhələdə ilk xalını da qazana bilər. Öz meydanında Belçika (0:1), səfərdə Çexiyaya (1:2) uduzan britaniyalılar yeganə qələbəsini də öz meydanında qazanıb. Onlar çex xanımları 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Yığmamızdan bir gün sonra – oktyabrın 25-də son matçına çıxan və Praqada uduzan Uels futbolçularının həm istirahət üçün vaxtının azlığı, həm də uyğunlaşma məsələsi də Heydərovun yetirmələrinin xeyrinə olan amillərdir. Millimizlə eyni gündə qrupumuzun liderləri də münasibətlərini ayırd edəcək. İsveçlilər səfərdə Belçikanın qonağı olacaq.
28 oktyabr, saat 14:00
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Azərbaycan – Uels
Baş hakim: Mariya Marqarita Damyanova (Xorvatiya)
Baş hakimin köməkçiləri: Lidiya Kralyiç, Sanya Rodak Karşiç (hər ikisi - Xorvatiya)
Dördüncü hakim: Səbayel Qurbanova (Azərbaycan)
Hakim-inspektor: Kiros Georgiu (Kipr)

1 | İsveç | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Belçika | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
3 | Uels | 3 | 1 | 0 | 2 | 3-3 | 3 |
4 | Çexiya | 2 | 1 | 0 | 1 | 2-3 | 3 |
5 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0-3 | 0 |
0
0