Əlvida, Fatih Terim!
27.10.2009 - 13:11
Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi oktyabrın 10-da milli komandanın baş məşqçisi postundan istefa vermiş Fatih Terim və onun köməkçiləri üçün vida naharı təşkil edib. Apasport.az saytının məlumatına görə, naharda TFF-nin prezidenti Mahmut Özgener və qurumun digər rəsmiləri iştirak ediblər. Yeməkdən öncə mətbuat nümayəndələrinə açıqlama verən Özgener Terimin ünvanına xoş sözlər söyləyib: “Onun inanılmaz dərəcədə uğurlu karyerası, inanılmaz işləmək arzusu, çox yaxşı məşqçiliyi, bunlardan da daha önəmlisi insanlığına görə əməkdaşlığımızın hər dəqiqəsindən böyük həzz aldıq. Bizə Avropa çempionatında bürünc medal qazandırdı. Terimin arzusu, futbola sevgisi onun baş məşqçilikdən uzun müddət kənarda qalmasına imkan verə bilməz. Ona və köməkçilərinə minnətdarlığımızı bildiririk”.
Öz növbəsində Fatih Terim də TFF rəhbərliyinə təşəkkürünü çatdırıb: “Əgər bu 4 ildə nəsə qazanmışıqsa, bu, birgə əmək nəticəsində mümkün olub. Bizə vida naharı təşkil edib, qürurlandırdıqları üçün köməkçilərim və öz adımdan federasiya rəhbərliyinə sonsuz minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Terim Türkiyə yığması 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmadığına görə vəzifəsindən ayrılıb.

0
0