Birinci divizion: hakimlər söyülür, yanğını söndürən də olmur
27.10.2009 - 13:19
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum həftəsonu baş tutan oyunlarda baş verənləri müzakirə edərək, müvafiq qərarlar verib.
Unibank Premyer Liqasının VIII turunun “Olimpik-Şüvəlan” – “Muğan” matçında meydan sahiblərinin 6, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. “Standard”la ev matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” də eyni cəzaya məruz qalıb. “Turan” – “Qəbələ” qarşılaşmasının 33-cü dəqiqəsində rəqibini ayaqla vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Anatoli Ostap 2 oyunluq cəzalandırılıb. Legioner qəbələliləri də 2000 manat ziyana salıb.
Əvəzedicilərin birinciliyində “İnter”, “Qarabağ”və “Turan” klubları sarı vərəqə limitini aşdığı üçün hərəyə 500 manat cərimə olunub.
Birinci divizionda əsas problem yanğınsöndürən maşınların yoxluğudur. “Bakılı” və “Neftçi” İSM bu səbəbdən 100 manat ödəməli olacaq. “Şahdağ”, “Neftçi” İSM, “Rəvan” klubları vərəqələrin çoxluğuna görə hərəyə 100 manat ziyana düşüb. Hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Bakılı”nın futbolçusu Əfqan İsmayılov 2 oyunluq cəzalandırılıb, klubu isə 200 manat cərimə olunub. “Gəncə”nin qapıçısı Xəyal Zeynalov da hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəzaya layiq görülüb.

0
0