“Karvan”ın futbolçusu 35 min dollardan məhrum oldu
28.10.2009 - 10:44
Yevlaxın “Karvan” klubunun futbolçusu Ömər Berdıyev 35 min dollar mükafatdan məhrum olub. Apasport.az saytının məlumatına görə, onun heyətində yer aldığı Türkmənistan yığması Vyetnamda mükafat fondu 35 min dollar olan kommersiya turnirində fiaskoya uğrayıb.
Ötən il turnirin qalibi olan türkmənlər qazandıqları qəniməti qoruya bilməyiblər. Dörd milli komandanın mübarizə apardığı yarışda Berdıyevin komandası Vyetnama 0:1, Sinqapura 2:4, Cənubi Koreyaya 6:8 hesabı ilə uduzub. Nəticədə 1 xal belə qazana bilməyən Türkmənistan sonuncu yeri tutub, 7 xal toplayan Sinqapur isə turnirin qalibi olub.

0
0