Millimizin taleyi futboldan qovulan hakimə tapşırıldı
28.10.2009 - 11:03
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avstriya ilə səfər oyununu idarə edəcək Aleksandr Qvardis qalmaqallı keçmişə malikdir. Apasport.az saytının məlumatına görə, gələn il martın 2-də 45 yaşını qeyd edəcək FİFA referisinin 15 illik hakimliyi hər mənada zəngin olub.
Noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsindəki qarşılaşmamızadək yüksəlişdən tutmuş cəzaya kimi hər şeyi görən Qvardis 1994-cü ildən fit çalmağa başlayıb. Həmin vaxtadək aşağı dəstənin “Reftranflot” klubunda çıxış edən müdafiəçi karyerasını bitirən kini hakim olmağa qərar verib. Əslən kalininqradlı Qvardis 1998-ci ildə yeniyetmələrin ümumdünya oyunlarında ədalət təmsilçisi olub. 2000-ci ildən Rusiya Premyer Liqasının matçlarına təyinat alan referi 3 il sonra FİFA hakimi adına sahib çıxıb. Avropa kuboklarının təsnifat mərhələlərində dəfələrlə fit çalan Qvardis 2007-ci ildə Rusiyanın 5 ən yaxşı hakimi siyahısına düşüb.
Lakin 2009-cu il kalininqradlı üçün uğursuz olub. Aprelin 19-da Rusiya çempionatında baş tutan “Zenit” – “Lokomotiv” görüşü qalmaqal yaradıb. Matçın bitməsinə 4 dəqiqə qalmış sankt-peterburqlular legioner limitini pozaraq, 7 əcnəbi ilə mübarizə aparıb. Nizam-İntizam Komitəsi matçın nəticəsini (1:1) saxlamağa qərar verib və hakimi cəzalandırıb. Qvardis birinci dövrənin sonunadək oyunlardan kənarlaşdırılmışdı. Buna etiraz edən rusiyalı hakimlər çempionatın VII turunda onunla həmrəylik nümayiş etdirib. Bütün ədalət təmsilçiləri meydana üzərində “Biz birlikdəyik” yazılan formalarla çıxıb.

0
0