“Hakimlər otağına daxil olsam, onlar üçün pis olacaq”
28.10.2009 - 12:01
“Hakimlər otağına daxil olsam, onlar üçün pis olacaq”
“Şaxtyor” klubunun prezidenti Rinat Axmetov Ukrayna kubokunun Kiyev “Dinamo”su ilə oyunu ərəfəsində hakimlərə sərt xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisinin rəhbəri prinsipial rəqiblə matçdan əvvəl hakimlərin sifarişlə işləməsi haqda fikirlərini açıqlayıb.

Ukrayna mətbuatına geniş müsahibə verən milyarder hakimləri “ağ yuyub, qara sərib”: “Mən indiyədək heç vaxt hakimlər otağına girməmişəm. Buna heç ehtiyac da görməmişəm. Bilirəm ki, hakimlərin işinə cavabdeh olanlar var və həmin ədalət təmsilçiləri “Şaxtyor”un oyununa təyinat alanda bilirlər ki, necə idarəçilik etməlidirlər. Əgər onlar çaşıb səhvsiz, obyektiv idarəçilik etmiş olsalar, ömürlük qovularlar. Hakim bilir ki, rəqib qapısına penalti vermək olmaz. Bizi cəzalandırmaq isə onun xeyrinə olar. Bütün bunları bilirəm”.

Axmetov hakimləri obyektiv olmağa çağırıb və əks təqdirdə nəyin baş verə biləcəyini açıqlayıb: “Əlimdən gələni odur ki, hakimlərə məsləhət verim. Qoy bilsinlər ki, mən keçmişdə peşəkar boksçu olmuşam. Bilsinlər ki, indiyədək girmədiyim hakimlər otağına daxil olsam, pis olacaq. Orada bir zərbə, yoxsa zərbələri seriyası işlədəcəyim isə emosiyalarımızın nə dərəcədə korlanmasından asılıdır. Ümid edirəm ki, bu baş verməyəcək. Lakin hakimlərin məni özümdən çıxarmayacağını da indidən deyə bilmərəm. Bunun baş verməməsi isə hakimlərin özündən asılıdır: düzgün və peşəkar olsunlar”.