Böyükağa Ağayevlə Vaqif Sadıqovun fərqi - ARAŞDIRMA
28.10.2009 - 12:33
Böyükağa Ağayevlə Vaqif Sadıqovun fərqi - ARAŞDIRMA
“Neftçi” cari Unibank Premyer Liqasında meydana 3 məşqçinin rəhbərliyi altında çıxıb. Apasport.az saytının məlumatına görə, baş məşqçilərdən Böyükağa Ağayevlə Vaqif Sadıqovun hesabında hərəyə 3, Arif Əsədovda isə 2 oyun var. Əslində, sonuncunu baş məşqçi yox, bu vəzifəni müvəqqəti icra edən şəxs kimi göstərməliyik. 39 yaşlı Əsədov Ağayevin səhhətində problem yarandığı üçün 2 oyunda baş məşqçi əvəzi oldu və bundan sonra Sadıqovun təyinatı reallaşdı.

Hər halda, gənc məşqçi hər 2 təcrübəli həmkarının yanında köməkçi kimi fəaliyyət göstərməsi ilə yadda qaldı. “Neftçi”ni meydana çıxaran hər 3 məşqçi həm qələbə sevinci yaşayıb, həm də məğlubiyyət acısı dadıb. Flaqmanın cari mövsümdə qazandığı 4 qələbədən ikisi Ağayevin payına düşür. Əsədovla Sadıqov hərəyə 1 dəfə meydanı qalib tərk ediblər. Məğlubiyyətə gəlincə, bunların sayı 4 olsa da, bu dəfə onların yarısı Sadıqovun hesabındadır. Ağayevlə Əsədov hərəyə bir dəfə uduzublar. Özü də ilk məğlubiyyətdən sonra Ağayev komandadan “sakitcə” ayrıldı, ikinci yenilgi zamanı isə Əsədovun missiyası başa çatdı və baş məşqçi dəyişikliyi oldu. Yəni, istefası reallaşan Ağayevi baş məşqçi postunda Sadıqov əvəzlədi. Yeri gəlmişkən, hər ikisi əvvəllər də “Neftçi”də çalışıb, milli komandamızda birgə işləyiblər.

Bu araşdırmada baş məşqçilərin güvəndiyi futbolçuların müqayisəsinə diqqət yetirəcəyik. Öncə qeyd edək ki, Ağayev cari mövsüm üçün iştirak ərizəsində 23 futbolçudan 19-nun xidmətindən istifadə edib. 62 yaşlı mütəxəssisin şans vermədiyi futbolçulardan üçü gənclər, yığmamızın da üzvü olan Araz Abdullayev, Eşqin Quliyev və Tural Nərimanovdur. Digər isə mövsümlərarası fasilədə heyətə cəlb edilən litvalı qapıçı Paulis Qribauskasdır. Ancaq Ağayev transfer etdiyi Litva milli komandasının qapıçısına güvənmədi. Qribauskasın ayağı isə həm “Neftçi”yə, həm də ən əsası, Sadıqova düşərli oldu. Çünki 50 yaşlı mütəxəssis Qribauskasın debüt etdiyi “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə (2:0) 5075 gündən sonra flaqmanın baş məşqçi postunda ilk qələbəsi qazandı və “ağ-qaralar” son 3 oyunda məğlubiyyət seriyasına son qoydu.

Hələ yığmalarımızda işlədiyi dövrdə gənc futbolçulara güvənməsi, onlara üstünlük verməsi ilə seçilən Sadıqov Ağayevin kənarda qoyduğu Abdullayev, Quliyev və Nərimanova şans verdi. Özü də müdafiənin mərkəzində Ruslan Abışovla birgə duet təşkil edən Tural əsas heyətdə meydana çıxsa da, sonradan səhhətində problem yarandığı üçün kənarda qaldı. Sadıqovun şans vermədiyi 3 futbolçudan braziliyalı hücumçu Joze Karlos xeyli vaxtdır zədəlidir, cari mövsümdə transfer edilən estoniyalı müdafiəçi Andrey Stepanov elə buna qədər də daha çox ehtiyatda qalırdı. Ağayevin çox yaxşı tanıdığı, hələ “Xəzər Universiteti” klubunu çalışdırdığı dövrdə kapitanı olan Elmar Baxşıyev isə Sadıqovun rəhbərliyi altında meydana çıxmadı. Elə son vaxtlar milli komandada da eyni aqibətlə üzləşən 29 yaşlı yarımmüdafiəçi bir neçə gündür hərbi xidmətdə olduğundan “Neftçi”dən ayrı düşüb.

Ağayevlə Sadıqovun ən çox güvəndiyi rumıniyalı yarımmüdafiəçi Adrian Neaqa hazırda “Neftçi”nin lideri olduğu desək yanılmarıq. Özü də Əsədovun da oyunlarını nəzərə alsaq, “Styaua”nın sabiq futbolçusu flaqmanın cari mövsümdə hər üç məşqçinə vurduğu həlledici qollarla vacib qələbə qazandırıb. Bu, Ağayevin dövründə “Turan”la (2:0), Əsədovun dönəmində “Standard”la (2:1) və Sadıqovun vaxtında “Bakı” ilə (2:0) görüşlərdir. Xüsusilə son oyunu nəzərə alsaq, Adrianın oyunun qəhrəmanı olduğunu deməliyik. Hər halda, qol vuran və həmyerlisi Marian Aliutaya məhsuldar ötürmə verən Neaqa görüşün taleyini həll etdi.

Yeri gəlmişkən, rumınların Sadıqova ilk qələbə qazandırdığı “Bakı” ilə oyun başqa məqamla da yadda qaldı. Belə ki, hər 3 məşqçidə 1 dəfə oynayan Aliuta Sadıqovun rəhbərliyi altında ilk oyundaca qol vurdu. Ağayevlə Sadıqovun hər 3 oyunda güvəndiyi Ruslan Abışov elə milli komandamızda da öz sözünü deyir. Hər halda, yığmanın alman baş məşqçisi Berti Foqts son iki rəsmi oyunda 22 yaşlı müdafiəçini əsas heyətdə əvəzedilmədən çıxış etməsinə imkan yaratdı.

Bakının “Neftçi” klubu cari mövsümdə

Böyükağa Ağayevin komandası


1

2

3

4

5

6

Adrian Neaqa

3

270

1

1

0

Ruslan Abışov

3

270

0

1

0

Valter Quqlemon

3

270

1

0

0

Vladimir Miçoviç

3

270

-2

0

0

Leonard Naydin

3

263

1

1

0

Dmitri Kruqlov

3

254

0

0

0

Valentin Atem

3

100

0

0

0

Elmar Baxşıyev

3

68

0

0

0

Nazar Bayramov

2

180

0

0

0

Suat Usta

2

180

0

0

0

Taavi Rahn

2

180

0

0

0

Rəşad Abdullayev

2

139

0

0

0

Zaur Tağızadə

2

125

0

0

0

Ruslan Əmircanov

2

118

0

1

0

Samir Əliyev

2

41

0

0

0

Andrey Stepanov

1

90

0

1

0

Rail Məlikov

1

62

0

0

0

Joze Karlos

1

45

0

1

0

Marian Aliuta

1

45

0

0

0

Araz Abdullayev

0

0

0

0

0

Eşqin Quliyev

0

0

0

0

0

Paulis Qribauskas

0

0

0

0

0

Tural Nərimanov

0

0

0

0

0



Arif Əsədovun komandası

Adrian Neaqa

2

180

1

0

0

Rəşad Abdullayev

2

180

1

1

0

Vladimir Miçoviç

2

180

-2

0

0

Leonard Naydin

2

167

0

0

0

Ruslan Əmircanov

2

135

0

0

0

Valter Quqlemon

2

135

0

0

0

Elmar Baxşıyev

2

123

0

0

0

Tural Nərimanov

2

115

0

0

0

Zaur Tağızadə

2

110

0

1

0

Samir Əliyev

2

42

0

0

0

Dmitri Kruqlov

1

90

0

0

0

Nazar Bayramov

1

90

0

1

0

Rail Məlikov

1

90

0

0

0

Ruslan Abışov

1

90

0

0

0

Valentin Atem

1

61

0

0

0

Suat Usta

1

58

0

2

1

Andrey Stepanov

1

57

0

0

0

Marian Aliuta

1

45

0

0

0

Araz Abdullayev

0

0

0

0

0

Eşqin Quliyev

0

0

0

0

0

Joze Karlos

0

0

0

0

0

Paulis Qribauskas

0

0

0

0

0

Taavi Rahn

0

0

0

0

0



Vaqif Sadıqovun komandası

Ruslan Abışov

3

270

0

0

0

Suat Usta

3

270

0

0

0

Adrian Neaqa

3

264

1

1

0

Rəşad Abdullayev

3

261

0

1

0

Dmitri Kruqlov

3

253

0

0

0

Rail Məlikov

3

249

0

1

0

Valter Quqlemon

3

186

0

0

0

Ruslan Əmircanov

2

180

0

0

0

Taavi Rahn

2

180

0

1

0

Vladimir Miçoviç

2

180

-2

1

0

Leonard Naydin

2

170

0

0

0

Valentin Atem

2

107

0

1

0

Nazar Bayramov

2

100

0

0

0

Paulis Qribauskas

1

90

0

0

0

Tural Nərimanov

1

90

0

0

0

Zaur Tağızadə

1

75

0

0

0

Marian Aliuta

1

21

0

1

0

Araz Abdullayev

1

15

0

0

0

Samir Əliyev

1

8

0

0

0

Eşqin Quliyev

1

1

0

0

0

Andrey Stepanov

0

0

0

0

0

Elmar Baxşiyev

0

0

0

0

0

Joze Karlos

0

0

0

0

0


Qeyd: 1 – futbolçu, 2 – oyun, 3 – dəqiqə, 4 – qol, 5 – sarı, 6 – qırmızı