“Simurq” – “İnter” oyunu heç kimə lazım deyil!?
28.10.2009 - 12:55
“Simurq” – “İnter” oyunu heç kimə lazım deyil!?
Unibank Premyer Liqasının IX turunun 2 oyunu canlı yayımlanacaq. Apasport.az-ın PFL-in rəsmi internet saytına istinadən məlumatına görə, həftəsonu keçiriləcək 6 matçdan 2-si televiziya vasitəsilə futbol azarkeşlərinə canlı təqdim olunacaq.

Lakin liderlərin qarşılaşması bu dəfə kölgədə qalacaq. Belə ki, turnir cədvəlində birinci olan “İnter”lə “Simurq”un Zaqataladakı oyununun göstərilməsi lazımsız sayılıb. Çempionatın ilk 4 pilləsində qərarlaşan digər iki komanda da bu tur üz-üzə gəlir ki, televiziya “Qarabağ” - “Xəzər-Lənkəran” görüşünü yayımlayacaq. Oktyabrın 31-də heç bir oyunu televiziyada izləyə bilməyən azarkeşlər yalnız xarici futbolla kifayətlənməli olacaq. Ertəsi gün isə “Neftçi” ilə “Karvan”ın oyunu göstəriləcək.

30 oktyabr (cümə)

"Qarabağ" - "Xəzər-Lənkəran"

Quzanlı qəsəbə stadionu. Saat 14:30. AzTV

1 noyabr (bazar)

"Neftçi" - "Karvan"

İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30. "İdman Azərbaycan"