Rəşad Sadıqov: 10 gündən sonra normal məşq edə bilərəm
29.10.2009 - 11:26
“Səhhətim yaxşılaşır. Bunu məni tez-tez müayinə edən həkimlər deyir. Onların sözlərinə görə, 10 gündən sonra normal məşq edə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
“Qarabağ”ın 27 yaşlı müdafiəçisi cari mövsümdə cəmi bir oyun keçirib və həmin qarşılaşmada zədəsini təzələdiyi üçün 15-ci dəqiqədə əvəzlənib. 12 gündür İstanbulda müalicə olunan Rəşad bildirib ki, həkimlərin tapşırığını yerinə yetirir: “Qaçıram, velotrenajorlarda məşq edirəm. Bunlar ayaq əzələsini möhkəmlədir. Bundan əlavə, xüsusi aparat olan “Saybeks”də müalicə oluram. Bu da ayağın vəziyyətini göstərir və yükləməni paylaşdırır. Hər gün təxminən 4 saat müxtəlif məşqlərə, saat yarım isə tibbi müayinəyə vaxtım gedir”.
İlkin bərpa prosesini “Qalatasaray”ın bazasında keçdiyini təsdiqləyən Sadıqovun sözlərinə görə, onu müalicə edən Murad adlı həkim orada işləyir: “O, bərpa prosesimdə çox işi görüb. İndi isə idman klinikasında müalicə olunuram. Superliqa klublarının həkimləri paralel olaraq burada da çalışdığından, proseduranı orada almağı qərara aldım. “Qalatasaray”ın bazası uzaq olduğu üçün mənə hər gün bu qədər yolu qət etmək narahatçılıq yaradır. Həm də “Kocaelispor”da oynadığım vaxtda bu rayonda yaşadığımız üçün özümü burada rahat hiss edirəm. Həftəsonu həmin həkimin qəbulunda olub, lazımı müayinə keçəcəyəm. Müəyyən testlər keçirildikdən sonra bərpa prosesimin gedişi aydınlaşacaq. Hazır olsam, Bakıya buraxacaqlar”.
Yığmamızın kapitanı hazırkı vəziyyətdə cərrahiyyə müdaxiləyə ehtiyac görmür. Rəşad bildirib ki, belə zədələr zamanı bərpa prosesi ilə paralel məşq etmək və əzələni möhkəmləndirmək lazımdır: “Bakıda bunu bilmədiyimiz üçün heç nə etmədik. Oyuna çıxanda isə yenidən zədə aldım. Elə fikirləşirdim ki, belə vəziyyətdə sakitlik lazımdır. Ancaq sən demə, hər şey əksinə olmalı imiş. Nəticədə əzələlər zəiflədi. Əvvəllər belə zədəm olmamışdı. Türkiyədə mənə başa saldılar ki, zədə zamanı məşq prosesinə böyük diqqət yetirmək lazım idi. Əlbəttə, ağır yükləmələr olmadan. Hər şey normal olarsa, mənə xüsusi proqram verib, Bakıya göndərəcəklər. Orada bərpa prosesinə “Qarabağ”ın həkimi nəzarət edəcək. Klubumuzda fizioterapevt var və o, mənimlə Türkiyə proqramı üzrə işləyəcək”.
Bakıya noyabrın ortasından tez dönməyəcək Rəşad hadisələri qabaqlamaq, yenidən zədələnmək istəmir. İndi onun üçün əsas test və analizlərin cavabının müsbət çıxmasıdır: “Çox güman, milli komandamızın heyətində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək beynəlxalq turnirə yollanmayacağam. İndi mən belə yarışlara hazır deyiləm. Üstəlik, milli komandada 2-3 ay buraxmışam və oyuna köklənməyim üçün bir az vaxt lazımdır. Nə oyun praktikam, nə də fiziki hazırlığım var. Belə vəziyyətdə milli komandada çıxış etmək həm yığmaya, həm də özümə qarşı hörmətsizlik olardı. Milli komandada yalnız hazır vəziyyətdə oynamaq lazımdır. Türkiyədə müxtəlif klubların nümayəndələri ilə görüşməmişəm. Hansısa danışıqdan, yaxud təklifdən söhbət gedə bilməz. Burada dostlarımla, keçmiş komanda yoldaşlarımla ünsiyyət qururam. Bir neçə gün əvvəl “Kocaelispor”un ev oyununa baxmağa getdim. “Fənərbaxça” – “Qalatasaray” derbisi isə televiziyadan izlədim”.
Mənbə: Extratime.az

0
0