Şahin Diniyev “hərbçilər” önünə “yaralı” çıxır
29.10.2009 - 11:35
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev növbəti ciddi sınağa çıxır. Apasport.az saytının məlumatına görə, az öncə “Terek”in sükanı arxasına keçən 43 yaşlı mütəxəssis Moskvada MOİK-in qonağı olacaq.
UEFA kubokunu, Rusiya çempionluğunu qazanan “hərbçilər” 2001-ci ildən indiyədək daim mükafatçılar sırasına düşən yeganə komanda olması ilə öyünə bilər. Ancaq sona 4 tur qalmış turnir cədvəlində vəziyyəti heç də yaxşı olmayan MOİK 5-ci yerdədir. Bu səbəbdən ordu komandası “Terek”lə oyunda yalnız qələbəyə köklənib. Üstəlik, Diniyevin bu görüşdə heyətlə bağlı ciddi itkilərinin olması MOİK-in qalib gəlmək şanslarını artırır.
Belə ki, komandanı bu oyunda Qroznıdakı bazasında hazırlayan həmyerlimiz tanınmış legionerlər - rumın yarımmüdafiəçi Florentin Petre və argentinalı Ektor Brakamontenin xidmətindən yararlanmayacaq. Peter cəza, Brakamonte isə zədə üzündən MOİK-lə görüşü buraxacaq. Müdafiəçilər – israilli Zevik Xaymoviçlə bolqar Valentin İliyev sağalsalar da, onlar da çox güman Diniyevə kömək edə bilməyəcəklər. Bundan əlavə, yığmamızın da şərəfini qorumuş hücumçu Şamil Lahiyalovla rusiyalı yarımmüdafiəçi Adlan Katsayevin sabah meydana çıxacağı sual altındadır.
Düzdür, “hərbçilər” də Diniyevə qarşı itkilərlə çıxacaq. Nika Piliyev, çilili Marko Qonsales, braziliyalı Gilyerme zədə, Çidi Odiya isə cəza üzündən “Terek”lə görüşdə iştirak etməyəcək.
Bu gün “Terek”in əvəzediciləri ilə birgə Moskvaya yollanan Diniyevin MOİK-lə görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0
0