Ölkə prezidenti futbol çempionatının vaxtını dəyişdi
29.10.2009 - 12:31
Ölkə prezidenti futbol çempionatının vaxtını dəyişdi
Venesuela prezidenti Uqo Çaves futbol üzrə ölkə çempionatının oyunlarının vaxtının dəyişdirilməsinə qərar verib. Apasport.az saytının məlumatına görə, kuryoz qərarları ilə ad çıxaran Çaves bütün qarşılaşmaların gündüz vaxtı keçirilməsini elektrik enerjisinə qənaətlə izah edib. Bundan sonra güclülər dəstəsinin oyunları gündüz saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Venesuelanı gözlənilmədən bürüyən quraqlıq dambalardakı suyun səviyyəsini rekord həddə aşağı salıb. Bunun da nəticəsində elektrik enerjisinin 75 faizini su elektrik stansiyalarından alan Cənubi Amerika ölkəsində ciddi problemlər yaranıb.