Ülviyyə Könül milli komandamızın yaraşıqlı futbolçularını seçdi
29.10.2009 - 13:17
Tanınmış rejissor Ülviyyə Könül Azərbaycan milli komandasının futbolçularını lentə almağa qərar verib. Apasport.az saytının məlumatına görə, klipmeyker yığmamızın baş məşqçisi Berti Foqts haqda çəkdiyi sənədli filmə Saşa Yunisoğlu, Samir Abbasov, Rail Məlikov və Ruslan Abışov da çəkilib.
Almaniyalı mütəxəssisə həsr olunan filmin çəkilişləri yekunlaşmaq üzrə olsa da, montaj və digər işlərin bitməsi üçün dekabradək gözləmək lazım gələcək. Sənədli filmin tamaşaçılara nə vaxt təqdim olunacağı da bu səbəbdən qeyri-müəyyən qalır. Ülviyyə xanımın məhz bu 4 futbolçunu seçməsi onların xarici görünüşü ilə bağlıdır. Namizədlər arasında seçim edən rejissor sonda Rail, Ruslan, Saşa və Samirin üzərində dayanıb. Filmin maraqlı, baxımlı, eyni zamanda dünya səviyyəli olduğu bildirilir. Bütün işlər yekunlaşdıqdan sonra sənədli film alman dilinə tərcümə olunacaq və Azərbaycanla yanaşı, orada da nümayiş olunacaq.
Mənbə: extratime.az

0
0