“Neftçi” AFFA-ya üz tutdu, yaxud Bülənt Korkmaz, atalar üçdən deyib...
29.10.2009 - 13:43
Unibank Premyer Liqasının növbəti turu uzun fasilədən sonra yenə 3 gün ərzində baş tutacaq. Apasport.az saytının məlumatına görə, təqvimdə edilən dəyişiklər səbəbindən cümə günlərindəki oyunlar təxirə salınırdı, matçlar şənbə və bazar günləri keçirilirdi. Halbuki qarşılaşmaların 3 gündə keçirilməsi məhz cari mövsümdə qərara alınıb.
IX turda bu ənənə bərpa olunacaq. Buna görə də qarşıdakı tura sabah start veriləcək. Özü də açılış Ağdamda böyük maraqlı gözlənilən “Qarabağ” – “Xəzər-Lənkəran” oyunu ilə ediləcək. Rəqibi ilə son 3 “duel”də qələbə qazanan “Qarabağ” bunun davamının gəlməsinə, “Xəzər-Lənkəran” isə uğursuz seriyaya son qoymağa çalışacaq. Axırıncı turda vahid liderə çevrilən “İnter” “Simurq”un qonağı olacaq. “Bankirlər”in rəqiblə 6 görüşün hamısında qalib gəlməsi bu komandanın səfərə aşkar favorit kimi yollanmasına imkan verir. Debütdə “Bakı”da qələbə qazanan, ancaq sonradan ardıcıl iki məğlubiyyət alan türkiyəli mütəxəssis Bülənt Korkmazı növbəti ciddi sınaq gözləyir. Hər halda, “Qəbələ” cari mövsümdə kifayət qədər yaxşı çıxış edir və “altılığ”a düşmək uğrunda mübarizədə bakılıların əsas rəqiblərindəndir. Üstəlik, “Qəbələ” cari mövsümdə xüsusilə evdə inamlı təsir bağışlayır və qonaqlar üçün orada qələbə qazanmaq müşkül məsələyə çevrilib.
“Neftçi” son bir həftədə ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Axırıncı turda “Bakı”nın qonağı olan flaqman bu dəfə həmin arenada “Karvan”ı sınağa çəkəcək. Məlum olduğu kimi, “ağ-qaralar” cari mövsümdə rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul etməyə qərar verib. Ancaq həmin stadionda hazırda yığmaların iştirakı ilə iki beynəlxalq turnir keçirildiyindən, flaqman “Karvan”la ev matçını Respublika stadionunda oynamaq üçün AFFA-ya rəsmi müraciət edib. Bakılıların cari mövsümkü sifariş ərizəsində ev oyunlarını keçirəcəyi arena qismində Respublika stadionunun da qeyd edildiyini nəzərə alan assosiasiya buna müsbət cavab verib.
Xeyli vaxtdır qələbə qazana bilməyən “Muğan” bu həsrətə “Turan”la ev oyununda son qoymaq iddiasındadır. Ötən mövsüm güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparan bu əyalət təmsilçiləri indi fərqli vəziyyətdədir. Bir müddət lider olan “Muğan” “altılığ”a düşmək uğrunda mübarizə aparırsa, “Turan” yenə turnir cədvəlinin axırında qərarlaşıb. Turnir cədvəlinin 12-ci pilləsini özünə məskən seçən “Standard” bu turda evdə yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Uğursuz çıxışa görə litvalı çalışdırıcısı Valdas İvanauskasla yollarını ayıran Sumqayıt təmsilçisi baş məşqçi postuna Böyükağa Hacıyevi gətirib. 51 yaşlı Hacıyev yeni komandasının ilk qələbəsini yaxşı tanıdığı həmkarı Əsgər Abdullayevin çalışdırdığı “Olimpik-Şüvəlan”la görüşdə qazanmağa iddialıdır.
30 oktyabr
“Qarabağ” - “Xəzər-Lənkəran”
Baş hakim: Anar Salmanov
Ağdam. Quzanlı qəsəbə stadionu
31 oktyabr
“Simurq” – “İnter”
Baş hakim: Vüsal Əliyev
Zaqatala. “Simurq” stadionu
“Qəbələ” – “Bakı”
Baş hakim: Rövşən Əhmədov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
1 noyabr
“Neftçi” – “Karvan”
Baş hakim: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Muğan” – “Turan”
Baş hakim: Fariz Yusifov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
“Standard” – “Olimpik-Şüvəlan”
Baş hakim: Əfqan Həmzəyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.

N | Komandalar | O | Q | H | M | T | X |
1 | İnter | 8 | 6 | 1 | 1 | 18-8 | 19 |
2 | Qarabağ | 8 | 5 | 2 | 1 | 7-3 | 17 |
3 | Simurq | 8 | 5 | 1 | 2 | 9-7 | 16 |
4 | Xəzər-Lənkəran | 7 | 4 | 2 | 1 | 10-4 | 14 |
5 | Qəbələ | 8 | 4 | 2 | 2 | 10-10 | 14 |
6 | Neftçi | 8 | 4 | 0 | 4 | 7-6 | 12 |
7 | Muğan | 8 | 3 | 2 | 3 | 5-9 | 11 |
8 | Olimpik-Şüvəlan | 8 | 2 | 3 | 3 | 10-11 | 9 |
9 | Bakı | 7 | 2 | 1 | 4 | 3-6 | 7 |
10 | Turan | 8 | 1 | 2 | 5 | 7-12 | 5 |
11 | Karvan | 8 | 1 | 2 | 5 | 10-13 | 5 |
12 | Standard | 8 | 0 | 2 | 6 | 7-14 | 2 |

0
0