Henrik Larsson karyerasını bitirdi
29.10.2009 - 14:35
Tanınmış isveçli futbolçu Henrik Larsson karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, yaşıl meydanda çıxışını 38 yaşında başa vuran hücumçu son oyununu ölkə çempionatında “Helsinqborq”un heyətində “Yurqorden”lə qarşı görüşdə keçirib.
O, futboldan komandasında bu ilin yaxşı oyunçusu seçilməsi ilə bağlı aldığı mükafatla yola salınıb. Karyerası boyu vətənində “Hyoqabor” klubunda da oynayan Henrik ölkədən kənarda Hollandiyada “Feyenoord”, Şotlandiyada “Seltik”, İspaniyada “Barselona”, İngiltərədə “Mançester Yunayted”də forma geyinib. Karyerası boyu həm çoxsaylı mükafatlar, ölkə çempionluğu, kuboku qazanan Larsson “Qızıl buts”un sahibi, Çempionlar Liqasının qalibi olub. Hətta vətənində bütün dövrlərin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, milli komandasının heyətində dünya çempionatının bürünc medalını qazanan, keçirdiyi 106 oyunda 37 qol vuran Larsson yığmamızın da qapısına yol tapıb.

0
0