Baş hakim əkizləri səhv saldı - FOTO
29.10.2009 - 15:05
İngiltərə Liqa kubokunun 1/8 final mərhələsi növbəti hakim səhvi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in “Barnsli” ilə oyununu idarə edən Kris Foy kuryoz yanlışlığa yol verib.
Referi mançesterlilərin heyətində yer alan braziliyalı əkiz qardaşlar Fabio və Rafael da Silva arasında fərq görməyib. Oyunun 83-cü dəqiqəsində yaşanan epizod isə qalmaqala səbəb olub. Rəqibin futbolçusu Camal Kempbell-Raysla mübarizəyə girişən əkizlərdən biri kobudluğa yol verib. Foy bunun Fabio olduğunu zənn edərək sarı vərəqəni ona göstərib. Qaydanı Rafaelin pozduğunu bilən mançesterlilər İngiltərə Futbol assosiasiyasına şikayət etməyi lazım bilib.
Qeyd edək ki, “Mançester Yunayted” “Barnsli”ni 2:0 hesabı ilə məğlub edib.

0
0