“Xəzər-Lənkəran”ın futbolçusu Raulla bir sırada!
29.10.2009 - 15:26
Bolqarıstan mətbuatında hər ilin bu günü idmanda, o cümlədən futbolda baş verən olaylara toxunulur. Apasport.az saytının məlumatına görə, həmkarlarımız oktyabrın 29-da fərqlənənlər arasında ölkəmizdə top qovan İvan Svetkovu da qeyd ediblər.
İkinci mövsümdür “Xəzər-Lənkəran”da forma geyinən 27 yaşlı hücumçunun adı Raul Qonsales, Edvin van der Sar, Filipp Koku, Robin Pires kimi tanınmış futbolçularla bir yerdə çəkilib. Son üç futbolçu ad günlərini məhz bu gün qeyd edirlər. “Real”ın əfsanəvi kapitanı Raul isə məhz oktyabrın 29-da bu komandanın heyətində ilk rəsmi oyununu keçirib. Onun debütü 1994-cü ildə baş verib və həmin vaxt hücumçunun cəmi 17 yaşı varmış. “Saraqosa” ilə görüşdə debüt edən Raul “Kral klubu”nda çıxış etdiyi 15 ildə İspaniyada 6 titul, 3 dəfə Çempionlar Liqasını, 2 dəfə Qitələrarası kuboku qazanıb, bir p qədər də İspaniya Primerosunun bombardiri olub.
Belə tanınmış futbolçularla bir sırada olan Svetkovun oktyabrın 29-da hansı əlamətdar olayla yadda qalması maraq doğurur. Məlum olur ki, İvanın üç il öncə bu tarixdə Hollandiya çempionatında Rotterdamın “Sparta” klubunun heyətində “Villem II”lə görüşdə vurduğu qol (1:0) fərqləndirilib. Yəni, bolqarlar həmyerlilərinin həmin oyunda həlledici topu vurmasına belə önəm veriblər. Svetkov həmin mövsümdə vurduğu vacib qollarla “Sparta”nın güclülər dəstəsində qalmasında yardımçı olub. Həmkarlarımız onu da qeyd ediblər ki, İvan “Xəzər-Lənkəran”a gələnə kimi Buxarestin “Dinamo” klubuna keçməyə çalışsa da, bu cəhdi uğursuz olub.
“Pirin” klubunun yetirməsi olan Svetkov karyerası boyu vətəndən kənarda oynayıb. 1997-ci ildə 15 yaşında “Herenveen”ə satılan İvanın karyerasının böyük hissəsi Hollandiya ilə bağlıdır. 2006-2008-ci illərdə Türkiyə Superliqasında “Sivasspor” klubunun heyətində çıxış edən bolqar futbolçu ötən yay ölkəmizə gəlib. Svetkov keçən çempionatda “Xəzər-Lənkəran”ın heyətində vurduğu 15 qolla bombardirlər yarışında yalnız uruqvaylı həmkarı Valter Quqlemondan geri qaldı. O, indiyə kimi Lənkəran təmsilçisinin heyətində 18 dəfə rəqib qapısına yol tapıb.

0
0