Bakı “İnter”inin futbolçuları Hondurasa gedir
29.10.2009 - 16:00
Noyabrın 14-də yoldaşlıq oyunu keçirmək üçün milli komandaya rəqib axtaran Latviya Futbol Federasiyası Hondurasla razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, latviyalıların baş məşqçisi Aleksandr Starkov Mərkəzi Amerikaya aparacağı futbolçuların siyahısını yaxın günlərdə açıqlayacaq ki, burada Unibank Premyer Liqasında top qovan oyunçuların da yer alacağı gözlənilir.
Daim yığmaya çağırılan “İnter”lilər Andrey Rubin, Girts Karlson və “Simurq”lu Gennadi Solonitsin də dünya çempionatının final mərhələsinin iştirakçısı ilə qarşılaşmaq imkanı əldə edə bilər. Maraqlıdır ki, əks tərəfdə də Azərbaycanda çıxış edən futbolçunun yer alması mümkündür. Çoxdandır Honduras yığmasına dəvət olunmayan Allan Lalin “Xəzər-Lənkəran”da nümayiş etdirdiyi oyuna görə yenidən milliyə cəlb oluna bilər. Belə olan halda, Rubin-Lalin dueli gerçəkləşəcək.
Bu matç Hondurasın paytaxtı Tequsiqalpada keçiriləcək və daha çox Avropa rekordu ilə tarixə düşəcək. Belə ki, Rubinin komanda yoldaşı Vitali Astafyev 158-ci dəfə milli forma geyinməklə, qitə rekordunu yeniləyəcək. Hazırda isə o estoniyalı Martin Reymlə birgə şərikli rekorda malikdir.
Qeyd edək ki, milli komandadakı oyun sayında dünya rekordu Səudiyyə Ərəbistanının futbolçusu Məhəmməd Əl-Deayaya malikdir. O, 181 dəfə yığma forması geyib.

0
0