Fariz Yusifov moldovalıları qələbədən etdi
29.10.2009 - 16:35
Az öncə 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının I seçmə mərhələsinin növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, oyunları İtaliyada baş tutan IX qrupun qarşılaşmalarında iştirak edən Fariz Yusifov bu gün də baş hakim funksiyasını yerinə yetirib. 37 yaşlı həmyerlimiz Yunanıstan və Moldova futbolçularının qarşılaşmasında fit çalıb. Oyunun ilk 30 dəqiqəsində 2 cavabsız qol vuran moldovalılar bu qələbə hesabını qoruya bilməyib. İlk yarıda fərqi minimuma endirən Ellada təmsilçisi bərabərlik qolunu Yusifovun penalti qərarından sonra vurub. Yunanlara 11 metrlik cərimə zərbəsi vurmaq imkanı yaradan hakimimiz iki dəfə onları, bir dəfə moldovalıları sarı vərəqə ilə cəzalandırıb.
Bu, Yusifovun turnirdə üçüncü matçıdır. O iki gün əvvəl baş tutan İtaliya –Yunanıstan görüşündə ehtiyat hakim kimi qolsuz heç-heçəyə şahidlik etmiş, oktyabrın 24-də isə apenninlilərin qələbəsini qeydə almışdı. Həmin gün İtaliya Moldovanı 5:0 hesabı ilə darmadağın edəndə də moldovalıların qapısına penalti təyin edən hakimimiz 4 dəfə onlara, 1 dəfə qaliblərə sarı vərəqə vermişdi.
Qeyd edək ki, Yusifovla birgə İtaliyada olan Ramiz Əsədov hər 3 görüşdə laynsman olub.

0
0