Səfir AFFA-nın vitse-prezidentinə gücünü göstərdi - FOTO
29.10.2009 - 17:17
Səfir AFFA-nın vitse-prezidentinə gücünü göstərdi - FOTO
Bu gün AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-çul ilə görüşüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın inzibati binasında baş tutan görüşdə iki ölkənin futbol sahəsində qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandalar arasında yoldaşlıq oyunlarının təşkili, təcrübə mübadiləsi mövzusunda söhbətlər aparılıb. Daha sonra AFFA-nın Futbol akademiyasına baş çəkərək Lyu Kvanq-çul oradakı şərait və iş prinsipi ilə tanış olub. Fürsətdən istifadə edən səfir öz gücünü də göstərib. Belə ki, koreyalı elçi AFFA birinci vitse-prezidentinin gözü qarşısında trenajor zalında qolunun gücünü yoxlayıb.