Ağasəlim Mircavadov 6015 gün nəyi gözləyirdi?
30.10.2009 - 00:00
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov 6015 gündən sonra Ağdamda rəsmi oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” klubunu çalışdıran 62 yaşlı mütəxəssis Unibank Premyer Liqasının IX turu çərçivəsində bu gün Quzanlı qəsəbə stadionunda yerli “Qarabağ”ın qonağı olacaq.
“Qarabağ” təmsil etdiyi Ağdama 16 illik fasilədən sonra qayıdışını ötən mövsümün axırlarında - mayın 3-də “İnter”lə görüşdə qeyd etdi. Quzanlıda keçirilən həmin oyun 1:1 hesabı ilə nəticələnib. Maraqlıdır ki, “Qarabağ” 16 illik fasilənin ardından Ağdamda ilk qələbəsini mayın 9-da məhz “Xəzər-Lənkəran” üzərində qazanıb - 1:0.
Bu dəfə Mircavadovun çalışdırdığı “Xəzər-Lənkəran”la qarşılaşacaq “Qarabağ” üçün rəqib baş məşqçi çox yaxşı tanışdır. Axı, “Qarabağ”ın milli çempionatımızda ilk uğurları bu təcrübəli mütəxəssislə bağlıdır. 1993-cü ildə həm çempionluğu, həm də ölkə kubokunu qazanan ağdamlılar mövsümü “qızıl dubl”la başa vurdular. Həmin vaxt komandanın sükanı arxasında məhz Mircavadov dururdu. Onun rəhbərlik etdiyi “Qarabağ” Ağdamda son rəsmi oyununu 1993-cü il mayın 12-də ölkə kubokunun yarımfinalında Tovuzun “Turan” klubuna qarşı keçirib. Həmin il iyulun 23-də Ağdam işğal olunduğundan, “Qarabağ” ev oyunlarını müxtəlif məkanlarda keçirmək məcburiyyətində qalmışdı.

0
0