Mircavadovun qənimi yığmanın baş məşqçisi oldu
29.10.2009 - 18:18
Polşa yığmasının yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, Frantişek Jmuda komandanın “sükanı arxasına” keçib.
61 yaşlı polşalı mütəxəssis son dövrlər vətənində “Lex” klubunda fəaliyyəti ilə tanınıb. Polşa Futbol Federasiyasının yeni vəzifəyə təyin etdiyi Jmuda bu postda Stefan Maevskini əvəzləyib. Sonuncu Leo Beenhakkerin istefasından sonra yığmada baş məşqçi əvəzi idi.
Jmuda bizlərə, xüsusilə “Xəzər-Lənkəran”ın baş məşqçi Ağasəlim Mircavadova yaxşı tanışdır. Ötən ilin yayında UEFA kubokunun ilk təsnifat mərhələsində “Lex” məhz onun rəhbərliyi altında lənkəranlıları hər iki oyunda məğlub edib: Bakıda 1:0, Poznanda 4:1. Həmin səfər yenilgisi “Xəzər-Lənkəran”ın tarixində ən böyükhesablı məğlubiyyət idi ki, bu səbəbdən də qarşılaşmanın ardından Mircavadov istefaya göndərilmişdi.

0
0