Rusiya yığmasından Qus Hiddinkə yeni müqavilə
29.10.2009 - 22:42
Rusiya Futbol İttifaqı (FRİ) yığma komandanın baş məşqçisi Qus Hiddinklə müqaviləni uzatmağa hazırdır.
Lent.az-ın məlumatına görə, hollandiyalı mütəxəssislə mövcud anlaşma 2010-cu il dünya çempionatınadək nəzərdə tutulub.
Lakin RFİ-nin prezidenti Vitali Mutko Hiddinkin komandadakı fəaliyyətini bundan sonra da davam etdirmək istədiklərini açıqlayıb. O, artıq 63 yaşlı mütəxəssisə müvafiq təklif ünvanladıqlarını da əlavə edib. Mutkonun sözlərinə görə, hazırda Hiddink bu təklif üzərində düşünür.
Qus Hiddink əvvəllər bildirib ki, Rusiya yığması ilə müqaviləni uzada bilməsə, Hollandiyanın “Ayaks” komandasına rəhbərlik etməyi nəzərdən keçirəcək.
Qeyd edək ki, hollandiyalı baş məşqçi şimal qonşularımıza 2006-cı ilin iyulundan rəhbərlik edir.

0
0