“Xəzər-Lənkəran”ın rəqibinə görünməmiş cəza
30.10.2009 - 10:19
UEFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum Avropa Liqasının qrup mərhələsində keçirilən “Politexnika” (Timişoara, Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununda baş verən hadisələri müzakirə edib.
Komitə rumın azarkeşlərin səfərdəki özbaşınalıqlarını nəzərə alaraq, görünməmiş qərar çıxarıb. Avropa kuboklarında klubların hesabından xal silinməsinə o qədər də meyl etməyən UEFA zaqrebliləri məhz belə ağır cəzaya məruz qoyub. Xorvatiya təmsilçisinin hesabından 3 xal pozan UEFA komandanı xalsız qoymaqla son pilləyə yuvarlayıb. Bundan başqa “Dinamo” növbəti 2 ev matçını tamaşaçılarsız keçirməli olacaq.
Xatırladaq ki, zaqreblilər 2007/08 mövsümündə Çempionlar Liqasında mübarizə apardığı vaxt Azərbaycan çempionu ilə qarşılaşıb. Birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan xorvatiyalılar öz meydanlarındakı əlavə vaxtda mərhələni keçməyi bacarmışdı – 1:1, 1:3.

1 | Ayaks | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
2 | Anderlext | 3 | 1 | 2 | 0 | 3-1 | 5 |
3 | Politexnika | 3 | 0 | 2 | 1 | 0-3 | 2 |
4 | Dinamo | 3 | 1 | 0 | 2 | 4-4 | 0 |
0
0