“Fənərbaxça” - “Qalatasaray” derbisinin günahkarları cəzalandırıldı
30.10.2009 - 11:12
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Şükrü Saracoğlu” stadionunda keçirilmiş “Fənərbaxça” - “Qalatasaray” matçında baş verən xoşagəlməz olayların səbəbkarlarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, neqativ halların yaranmasında azarkeşləri günahlandıran komitə “Fənərbaxça”nın ev stadionuna cəza kəsib. “Sarı-lacivərdlilər” Superliqada növbəti iki ev oyununu boş tribunalar önündə keçirəcək.
Bundan başqa, “Fənərbaxça”nın futbolçusu Fabio Alves Da Silva Biliça rəqib komandanın üzvünə qarşı qaydalar çərçivəsindən kənar olan hərəkət etdiyinə görə 3 oyunluq diskvalifikasiya edilib.
“Qalatasaray” da cəzasız ötüşə bilməyib. Azarkeşləri meydançada qalmaqal yaranmasına səbəb olduğundan “Cim Bom” 15 min lirə cərimələnib. Üstəlik, “Qalatasaray” rəhbərliyi matçdan sonra mətbuat konfransına bir futbolçusunun qatılmamasına və akreditasiya qaydalarını pozduğuna görə, Türkiyə Futbol Federasiyasının büdcəsinə 10 min lirə də pul köçürəcək.
Qeyd edək ki, oktyabrın 25-də baş tutan derbidə “Fənərbaxça” 3:1 hesabı ilə qalib gəlmişdi.

0
0