İlk dəfə Valentin Xodukinsiz: ənənə davam edəcəkmi?
30.10.2009 - 11:18
Unibank Premyer Liqasında “Simurq”la “İnter” arasında sabahkı qarşıdurma ilk dəfə Valentin Xodukinsiz keçəcək. Apasport.az saytının məlumatına görə, bu komandaların indiyədək baş tutmuş görüşlərində həmişə ukraynalı baş məşqçilər – Xodukinlə həmyerlisi Roman Pokora üz-üzə gəlib.
2005-ci ildə yaranan “Simurq” artıq ilk mövsümdə güclülər dəstəsinə vəsiqə qazanıb və həmin vaxt komandanın sükanı arxasına Pokora gətirilib. Onu Xodukinlə bağlayan əsas məqamlar bir-birlərini yaxşı tanımaları, əslən Lvov şəhərindən olmaları və karyeralarının əsas hissəsini yerli “Karpatı”da keçirməsidir.
Xodukin isə “İnter”ə 2005-ci ilin mayında gəlib, klubun elmi-metodik qrupuna rəhbər təyin edilib. Bir il sonra əsas komandaya baş məşqçi təyin edilən 70 yaşlı ukraynalı mütəxəssis bu ilin iyununa kimi həmin vəzifədə çalışdı. Xodukin ölkəmizdə işləyən əcnəbi məşqçilər arasında ilk titulunu qazanan, ilk mərhələ adlayan kimi tarixə düşdü. Ötən il Azərbaycan çempionluğunu qazanan “İnter” Çempionlar Liqasında debütündə Makedoniyanın “Rabotniçki” klubunu mübarizədən kənarlaşdırdı (0:0 və 1:1). “Bankirlər” keçən mövsümü isə gümüş medalçı kimi başa vurdu. Azərbaycan kuboku uğrunda son final oyunu, yəni “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyət (0:1) Xodukin komandanın baş məşqçi postunda sonuncu görüşü oldu.
Bundan sonra vəzifəsindən gedən mütəxəssis klubda qalaraq, futbol məktəbinə rəhbərlik edir və gənc nəslin yetişməsinə cavabdehdir.
“İnter”in baş məşqçi postuna isə buna qədər Bakının “Standard” klubunu çalışdırmış Kaxaber Sxadadze təyin edildi. 41 yaşlı gürcü mütəxəssis bir neçə həmyerlisinin yer aldığı “Simurq”da ukraynalı həmkarı ilə görüşəcək.
Qeyd edək ki, Xodukin Pokora qarşıdurmaları adətən birincinin qələbəsi ilə nəticələnib. Düzdür, “İnter” bir dəfə “Simurq”a uduzsa da, bu, ölkə kubokuna təsadüf edib və “bankirlər” iki oyunun nəticəsinə görə mübarizəni davam etdirib.
“Simurq” – “İnter”, Pokora – Xodukin qarşıdurmaları
2006/07 mövsümü
“Simurq” – “İnter” – 1:2
“İnter” – “Simurq” – 2:0
2007/08 mövsümü
“Simurq” – “İnter” – 3:4
“İnter” – “Simurq” – 2:0
2008/09 mövsümü
“Simurq” – “İnter” – 0:2
“İnter” – “Simurq” – 2:1
Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Simurq” – “İnter” – 2:1

0
0