Milli komandamız kimə qoşulacaq: İspaniyaya, yoxsa İtaliyaya?
30.10.2009 - 12:52
Milli komandamız kimə qoşulacaq: İspaniyaya, yoxsa İtaliyaya?
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının I seçmə mərhələsinə sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, oyunları başa çatan 12 qrupun ardından Azərbaycan milli komandasının mübarizə apardığı I seçmə qrupun matçları da başa çatacaq.

Bakıda keçiriləcək iki görüş II seçmə mərhələyə son vəsiqələrin sahiblərini müəyyənləşdirəcək. Belə ki, yekun nəticələri məlum olan 12 qrupun hər birində ilk 2 pillənin sahibləri, həmçinin yığmamızın qrupundan növbəti mərhələyə çıxacağı rəsmiləşən İngiltərə də vəzifənin öhdəsindən gəlib. 13 qrupun iki ən yaxşı üçüncüsünün də ikinci mərhələyə çıxacağını nəzərə alsaq, bu vəsiqələrdən də biri sahibini tapıb. Finlandiya ilə yanaşı, ən yaxşı üçüncü olacaq digər komandanın da adına Bakıdakı matçlardan sonra tam aydınlıq gələcək. Bir sözlə bu günkü qarşılaşmalar son iki xoşbəxti müəyyənləşdirəcək. Bunlardan biri qrupumuzun ikinci vəsiqəsinin sahibi olacaqsa, digərinin hansı qrupdan olacağı bu matçlardan asılıdır.

Saat 15:00. İngiltərə – Serbiya
Baş hakim:
Yan Yilek (Çexiya)
Baş hakimin köməkçiləri: Tomas Kovarik (Çexiya), Orxan Məmmədov (Azərbaycan)
Dördüncü hakim: Anar Salmanov (Azərbaycan)
Hakim-inspektor və UEFA nümayəndəsi: Yuri Dupanau (Belarus)
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Saat 15:00. Qazaxıstan – Azərbaycan
Baş hakim:
Qoran Spirkoski (Makedoniya)
Baş hakimin köməkçiləri: Kiril Neqrieski (Makedoniya), Doros Touros (Kipr)
Dördüncü hakim: Xristos Elia (Kipr)
Hakim-inspektor və UEFA nümayəndəsi: Volf-Qünter Vizel (Almaniya)
Tofiq Bəhramov adına Respublika stadionu

1

İngiltərə

2

2

0

0

10-2

6

2

Serbiya

2

1

1

0

1-0

4

3

Azərbaycan

2

0

1

1

0-4

1

4

Qazaxıstan

2

0

0

2

2-7

0



Qeyd edək ki, II seçmə mərhələyə İspaniya, Rumıniya, Xorvatiya, Belçika, Avstriya, Polşa, Türkiyə, Almaniya, İrlandiya, İsveç, Fransa, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Yunanıstan, Norveç, Portuqaliya, Gürcüstan, Macarıstan, Slovakiya, Bosniya və Herseqovina, Uels, Çexiya, İsveçrə, İngiltərə və Finlandiya komandaları yüksəlib. İtaliya, Rusiya və Şotlandiya kimi yığmalar isə mübarizəni dayandırıb.