Azərbaycan çempionu İngiltərə klubuna keçdi
02.12.2009 - 10:47
“Bakı” klubunun sabiq futbolçusu Andrey Ştoltsers karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, latviyalı hücumçu “Bat Siti” ilə anlaşıb.
Vaxtilə Moskva “Spartak”ı və Donetsk “Şaxtyor”unda oynamış 35 yaşlı futbolçu bundan sonra İngiltərənin VI divizionunun cənub Konferensiyasında çıxış edəcək. O rəsmi müqaviləni “transfer pəncərəsi”ndə bağlamalı olsa da, artıq bu gün klubunda debüt edəcək. Belə ki, VI dəstədə müqaviləsiz də oynamağa icazə verilir.
Qeyd edək ki, Ştoltsers “Bakı”nın ilk çempionluğunu qazandığı 2005/06 mövsümündə bu komandada çıxış edib. Latviyalı futbolçu Azərbaycan çempionatında 10 oyuna 4, kubokda 2 matça 1, UEFA kubokunda da 2 görüşə 1 qol vurub.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0