“Simurq” gürcü məktəblilərlə qarşılaşacaq
21.01.2010 - 16:23
Gürcüstanda təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu dövrələrarası fasilədə ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, iki gündür Tbilisidə hazırlıq keçən baş məşqçi Roman Pokoranın yetirmələri “VİT-Corciya” klubu ilə qarşılaşıb. Zaqatala təmsilçisi son Gürcüstan çempionu ilə matçdan məğlub ayrılıb – 1:2. Hər hissədə bir heyətlə mübarizə aparan “Simurq”un yeganə qolunu baxışda olan ukraynalı futbolçulardan biri vurub.
Qeyd edək ki, növbəti yoxlama oyununu sabah keçirəcək “sarı-qaralar” aşağı dəstə təmsilçisi olan paytaxtın “35 Sapekhburto Skola” komandası ilə qarşılaşacaq.

- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
0
0