“Vaqif Cavadovun gedişi “Qarabağ” üçün itki deyil” - MÜSAHİBƏ
05.02.2010 - 00:04
“Qarabağ” klubunun və Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Futbolçu karyeranızda 9 ildən sonra “Neftçi”yə qarşı oynadınız. İlk dəfə “Turan”ın, bu dəfə isə “Qarabağ”ın futbolçusu kimi. Təəssüratlarınızı bilmək maraqlı olardı. 9 ildə nə dəyişib?
- Çox şey. Karyeramda ikinci dəfə “Neftçi”yə qarşı oynayırdım. İlk dəfə bu komandaya qarşı oynayanda tam fərqli hisslər keçirmişdim. Elə indi də belədir. 7 il oynadığım doğma komandaya qarşı çıxış etdim və istər-istəməz bir az həyəcan var idi. Maraqlı hisslər keçirirdim.
- “Neftçi”yə qarşı oynamaq çətindir?
- Çətin olmağına çətindir. Sadəcə, bilirdim ki, həmin oyun “Neftçi”, elə bizim üçün də çox vacib idi. “Neftçi” “altlığ”a düşəcəyi halda, “qızıl xallar” olacaqdı. Onu yaxşı başa düşürdüm ki, “altılıq” uğrunda mübarizə aparan “Neftçi” üçün bu oyunda qələbə daha vacibdir. Biz meydana çıxıb, öz işimizi gördük. Futbolçu kimi belə etməliyik. Komandamızın uğuru üçün əlimizdən gələni etdik. Bilirdik ki, bu nəticə “Neftçi”yə pis təsir edə bilər. Amma şükürlər olsun ki, dünənki turdan sonra komanda mövqeyini itirmədi. Bu 1 xal hər ikimiz üçün yaxşı nəticə oldu.
- “Neftçi”yə qarşı ilk oyununuzu 2001-ci ilin martın 11-də Tovuzda keçirmisiniz. 1:2 hesabı ilə uduzduğunuz həmin görüşdə 90 dəqiqə meydanda olmusunuz. Oyun xatirənizdə necə qalıb?
- Çoxlu epizodlar var xatirəmdə. Həmin mövsümdə “Şəmkir”lə “Neftçi” çempionluğa oynayırdı. Biz hər iki komandaya evdə 1:2 hesabı ilə məğlub olduq. Yadımdadır, “Şəmkir”lə son turda görüşürdük. 95-ci dəqiqədə Vidadi Rzayev vurduğu qolla komandasına qələbə qazandırdı və “Şəmkir” “qızıl oyun”a getdi. Elə şəmkirlilərlə görüşdən də bir-iki epizod yadımdadır.
- “Neftçi” ilə oyunda sarı vərəqə də almısınız...
- Hə, bu da yadımdadır. İlk dəfə “Neftçi”yə qarşı çıxış edirdim, bir az aqressiv oynayırdım. İstər-istəməz gənc futbolçu həmişə “Neftçi”yə qarşı istəkli, aqressiv olur. Mən də bunun nəticəsində sarı vərəqə aldım.
- Bəs sizə sarı vərəqə göstərən hakimi xatırlayırsınızmı?
- Hakimi? Yox, yadımda deyil.
- Gəncəli Məhəmməd Məmmədov idi...
- Doğrudur, yadıma düşdü. “Neftçi”nin heyətində İlham Yadullayev, Tərlan Əhmədov, Arif Əsədov, Bəxtiyar Musayev, Vadim Vasilyev oynayırdı. Qapımıza qolları adını çəkdiyim son iki futbolçu vurdu. Özü də Bəxtiyar başla qol vurmuşdu.
- Qış fasiləsindən sonra ilk oyununuz idi. Özü də “Tvente” klubuna keçən Vaqif Cavadovsuz. Çətin deyildi ki?
- Nəyə görə?
- Yəni, aparıcı futbolçunuzu itirmisiniz. Heyətiniz zəifləməyib ki? Bundan sonra “Qarabağ”a yüksək yerlər, mükafatlar uğrunda aparmaq çətin olmayacaq ki?
- Bu məsələni çox qabardırlar. Bizim heyətimiz nə güclü olub, nə də zəif. Ona qalsa, ilk dövrədə də çətin oyunlarımız oldu, qələbə qazana bilmirdik, xal itirirdik. Elə oyunlarımız olurdu ki, o qədər çox qol vurub, fərqlənə bilmədik. Bu, bizdə ilk dövrədə də, yəni Vaqif Cavadovun vaxtında da var idi. İndi hamı deyir ki, Vaqif getdiyindən komandanın yarısı gedib. Amma bu, elə deyil. Cavadov 25 oyuna 4 qol vurmuşdu. Hesab edirəm ki, biz komanda şəklində çıxış edirik və belə güclüyük. Görürsən ki, bir oyunda Vaqif komandanı xilas edir, digərlərində Elvin Məmmədov, Vüqar Nadirov, Əfran İsmayılov. Yəni heyətimiz cavandır və heç bir futbolçunun sabit oynadığını, 10-12 qol vurduğunu, komandanı arxasınca daşıdığını demək olmaz. İlk dövrədə heyətimizdə belə bir futbolçu yox idi. Avroliqa oyunlarını nəzərə alsaq, bir futbolçu ən çox 3-4 qol vurub. Çalışırıq ki, az top buraxaq, qol imkanlarımızdan istifadə edib, 3 xalı qazanaq. Bu sıxıntılarımız hələ Vaqif olanda da var idi. Hücum qurmaqda çətinlik çəkir, qol vura bilmirdik. Məşqçilər korpusu bunun üzərində çalışır ki, imkanlarımızdan istifadə edib, çoxlu qol vuraq. İnşallah, gələcəkdə bu yöndə irəliləmək istərdim.
- Hər halda, Cavadovun gedişindən sonra hücum xəttində yaranan boşluğu yeni transfer, yaxşı tanıdığınız, bir yerdə oynadığınız Georgi Adamiya aradan qaldırmalıdır...
- Bu, təkcə Adamiya yox, başqa futbolçularımız da ola bilər. Komandanı bir futbolçu üzərində qurmuruq, kollektiv oynamağa çalışırıq. Heç vaxt istəməmişəm ki, bizim komandanın bir-iki futbolçu üzərində qurulsun. Özünüz də fikir verirsiniz ki, mənim uzun müddət zədəli olmağım heç hiss olunmadı, müdafiədə boşluq yaranmadı. Bizdə belədir, hücumda da kimsə olmayanda onu yeri də hiss olunmur. Komandanı bir futbolçu üzərində qursan, heç vaxt nəticə əldə bilməzsən.
- Keçmiş komandalarınızdan “Kocaelispor”un sizə borclu olduğunu bilirik. Bəs “Neftçi”?
- “Neftçi”dən alacağım yoxdur. Amma “Kocaelispor”un hələ də borcu qalıb, bunu almamışam.
- “Kocaelispor”un yeni prezidenti Muammer Çelik borclu qaldıqları futbolçuları – istər keçmiş, istər də indikilərin adlarını açıqlayıb, məbləğləri konkret göstərib. Ancaq onların arasında sizin adınız yoxdur.
- Çünki həmin futbolçular borcla bağlı Türkiyə Futbol Federasiyasına şikayət edib, mən isə yox. Bunu etsəm, mənim da adım o siyahıya düşəcək.
- Ümid edirsiniz ki, əvvəl dediyiniz kimi avqusta qədər həmin borc məsələsi həll olunacaq?
- Gözləyəcəyik. Verərlər də sağ olsun, verməzlər də.

0
0