Bərəkət Azərbaycan, Mərakeş və Hollandiya çempionatlarını müqayisə etdi
05.02.2010 - 00:07
Unibank Premyer Liqasının 18-ci turunda turunda "Bakı"nın heyətində debüt edən Adnan Bərəkət komandasının qələbəsinə çox sevindiyini bildirib. Apasport.az saytının xəbərinə görə, 25 yaşlı yarımmüdafiəçisi həmin oyunda məqsədin əldə olunacaq 3 xal olduğunu deyib.
“Bu komandaya keçdiyimə görə sevinirəm. Hər şey yüksək səviyyədə təşkil olunub, səviyyəli məşqçilərin rəhbərliyi altında hazırlaşırıq. Komanda yoldaşlarımdan olduqca razıyam, ilk günlərdən mənə hərtərəfli dəstək oldular. Tədricən, komandaya uyğunlaşıram” – deyə Bərəkət vurğulayıb.
Futbolçu klubun saytına açıqlamasında həmçinin qeyd edib ki, Azərbaycan çempionatının səviyyəsi onu təəccübləndirib: “Müqayisə etmək mümkündürsə, onu deyə bilərəm ki, Premyer Liqanın səviyyəsi Mərakeş çempionatından daha güclüdür. Hollandiya ilə də fərq o qədər böyük deyil, birinci liqada medallar uğrunda oynaya bilərik. Burada futbol sürətlə inkişaf edir. İndiki mərhələdə meydanlar böyük əhəmiyyəti kəsb edir. Son oyunumuzda (Bakı-Turan) meydan ideal vəziyyətdə olsa idi, daha rahat qələbə qazana bilərdik. Komandamız güclü və texnikalı futbolçulardan qurulub, meydan nə qədər yaxşı olsa, oyunumuz bir o qədər maraqlı alınar”.

0
0