Niyə həmişə sən, Laşenkov?
05.02.2010 - 10:01
"Biz ilk növbədə Allah qarşısında cavabdehik və hamı öz hərəkətinə görə Allah qarşısında hesabat verir" - bu sözlər oyun satmaqda şübhəli bilinən Sergey Laşenkova aiddi. İlk baxışdan çox təsirli və inandırıcı görünür. Amma hamı yaxşı bilir ki, moldovalı futbolçu heç də müqəddəs deyil.
Doğrudur, insanı nədəsə ittiham etmək üçün adamın əlində fakt olmalıdı. Əks halda, bu böhtandan başqa bir şey olmaz. Lakin bizdə olmasa da, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin əlində videogörüntü var. Hansı ki, orada "Karpatı"nın sabiq futbolçularından birinin etirafları əksini tapıb. Oyunçu 2008-ci il aprelin 19-da keçirilən oyunda "Metallist"ə bilərəkdən uduzduqlarını və bunun müqabilində hər futbolçunun 10 min dollar qazandığını söyləyir. Maraqlıdı ki, Ukrayna mətbuatı da həmin videolentin izinə düşərək, Laşenkovdan şübhələnir.
Başqasından yox, məhz Laşenkovdan. Bu həmin Laşenkovdu ki, "Olimpik-Şüvəlan" rəhbərliyi "Xəzər-Lənkəran"la oyunöncəsi onu cənublularla sövdələşməkdə ittiham edirdi. Doğrudu, həmin vaxt hər şey "təyyarəçilər" üçün xətasız-bəlasız ötüşdü. Amma Sergey kapitan sarğısından məhrum olunmaqla canını qurtardı.
İndi də "Metallist"ə oyun satmaq məsələsi ortaya çıxıb. Məntiqlə götürsək, əgər bir futbolçu ən azı iki dəfə açıq-aşkar oyun satmaqda ittiham olunursa, demək ortalıqda nəsə var. Nahaq yerə deməyiblər ki, od olmayan yerdən tüstü çıxmaz. Hər halda bu xırda məsələ deyil. Camaat ağlını itirməyib ki, durub-dururkən Laşenkovu ittiham etsinlər. Demək onların da bildiyi bir şeylər var.
Maraqlıdı, Sergey qəti şəkildə heç vaxt oyun satmadığını və bu cür çirkin oyunların iştirakçısı olmadığını söyləyir. Amma digər tərəfdən, oyunu satmaq müqabilində 10 min dolların olduqca böyük məbləğ olduğunu dilə gətirir. Adamdan soruşarlar, əgər oyun satmamısansa, məbləğin böyük və ya kiçik olduğunu haradan bilirsən?
Sözsüz ki, Laşenkovu sübutsuz-filansız oyun satmaqda ittiham etmək düz olmazdı. O, nə edibsə, babalı öz boynuna. Amma Sergey barədə deyilənlər həqiqətə daha yaxındı, nəinki, böhtana. Çünki Laşenkov çoxdan bu kimi şeylərdə "krutoy" imici formalaşdırıb.
Oyun satmaq məsələsi olmasa da, Sergeyin futbol matçlarına pul yatırdığı hamıya məlumdu. Çünki moldovalının papiros damağında bu kimi işlərlə məşğul olduğunu çoxları görüb. Halbuki FİFA futbolçunun oyunlara pul qoyuluşu etməsini yasaqlayıb.
Açığı, futbol matçlarına pul qoyuluşu etməklə oyun satmaq arasında ciddi bir fərq görmürəm. Çünki bunlar bir-birinə bağlı məsələlərdi. Hər halda, tamah güc gələndə öz komandanın da məğlubiyyətinə pul qoyub, meydanda "qəhrəmanlıq" etmək olar. Doğrudanmı, sən belə deyilsən, Laşenkov?
Şamo, “Ekspress-futbol” qəzeti

0
0