Araz Abdullayev “Rubin”in düşərgəsinə yollandı
05.02.2010 - 10:03
Araz Abdullayev “Rubin”in düşərgəsinə yollandı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Araz Abdullayev Rusiyanın “Rubin” klubuna baxışa yollanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi bu məqsədlə yığmanın Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı yarımçıq dayandırıb. “Neftçi” klubunun da şərəfini qoruyan Abdullayevin “Rubin”də əsas, yoxsa əvəzedici heyətdə baxışda olacağı dəqiq bilinmir.

Qeyd edək ki, “Rubin” Rusiya Premyer Liqasında 2 il dalbadal - 2008-ci və 2009-cu illərdə çempion tituluna layiq görülüb. Kazan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıqdan sonra, Avroliqanın 1/16 finalına vəsiqə qazanıb.