Hakimlər 90 dəqiqəyə 700 manat qazanacaq
05.02.2010 - 10:04
AFFA rəhbərliyi UniBank Premyer Liqasının matçlarına təyinat alan referi və laynsmanların, eləcə də hakim-inspektor və federasiya nümayəndələrinin yeni qonorar məbləğini təsdiqləyib. Apasport.az saytının xəbərinə görə, referilərə bir oyun üçün 700 (daha öncə 600 manat idi), onların köməkçilərinə isə 400 manat veriləcək (300). Hakim-inspektor və AFFA nümayəndəsinə gəlincə, onların qazancı 250-350 manat aralığında olacaq.
0
0