Ukrayna yığması üçün daha iki braziliyalı futbolçu
05.02.2010 - 10:48
Ukrayna yığması üçün daha iki braziliyalı futbolçu
Ukrayna milli komandasının baş məşqçisi Miron Markeviç yığmaya yeni oyunçular çağırmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, həftənin əvvəlində təyin olunduğu postda yeniliklər etmək niyyətində olan mütəxəssis iki braziliyalı futbolçunu milliləşdirmək fikrindədir.

Markeviç hələ “Metallist”də çalışdığı vaxtdan yaxşı tanıdığı cənubi amerikalılar Edmar və Jaja Koelyonun Ukrayna yığmasında oynamasına çalışır. Həmin futbolçuların AÇ-2012-yə birbaşa vəsiqə qazanan yığmada oynaması isə artıq özlərindən asılıdır. Bunun üçün Ukrayna pasportu almalı olan legionerlər hələ ki, tərəddüd edir.