Milli komandamızın hücumçusu Superliqada
05.02.2010 - 10:54
Azərbaycan milli komandasının futbolçusu Daniel Axtyamov növbəti dəfə Qazaxıstana yollanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Superliqada çıxış edən “İrtiş” klubunun düşərgəsində yer alıb.
Axtyamov yenidən Pavlodar təmsilçisində baxışdan keçir. Daniel son vaxtlar daim yığmaya çağırılsa da, son klubu olan “Simurq”da daha çox ehtiyatda qalırdı. Zaqatalalılar hücumçunun yaxşı formada olmadığını əsas gətirib, onunla müqaviləni keçən ilin sonuna yaxın pozdular. Nəticədə sərbəst futbolçu olan Axtyamov yenidən xoşbəxtliyini Qazaxıstanda axtarmaq qərarına gəlib. O, “Simurq”a gələnə kimi məhz “İrtış”da baxışda olsa da, transferi baş tutmamışdı. Sonradan Belarusun yüksək liqasında çıxış edən “Minsk” klubuna keçən milliləşən rus futbolçu yarım ildən sonra, ötən yay ölkəmizə qayıtdı.

0
0