“Mən diskotekada olmamışam”
05.02.2010 - 11:00
“Milan”ın və Braziliya yığmasının futbolçusu Ronaldinyo haqqında gəzən xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı oyunçu yanvarın 24-də “İnter”lə derbiöncəsi diskotekada olmadığını söyləyib.
“Bəli, mən “Milan” otelində olmuşam, ancaq heç bir gecə təşkil etməmişəm, diskotekaya getməmişəm. Mətbuatda barəmdə yayılan digər məlumatlar da iftiradır” - deyə braziliyalı vurğulayıb.
Qeyd edək ki, “Milan”ın derbidə 0:2 hesabı ilə uduzmasında Ronaldinyonun zəif çıxışı da səbəb göstərilir. Xəbərlərdə bildirilir ki, dünya çempionu “İnter”lə görüşdən əvvəl 3 gün yemək-içmək məclisləri təşkil etdiyinə, dostları ilə xeyli əyləndiyindən, derbidə yorğun nəzərə çarpıb. “Milan” rəhbərliyi bu hərəkətlərinə görə Ronaldinyonu cərimələyib.

0
0