Yığmamız Superliqa klubuna qarşı
05.02.2010 - 17:07
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının (U-19) növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernard Lippertin rəhbərlik etdiyi kollektiv fevralın 7-də Bakı vaxtı ilə saat 17:00-da Qazaxıstanın “Kazaxmıs” klubu ilə yoldaşlıq görüşü keçirəcək. Qazaxıstan Superliqasında mübarizə aparana bu komanda ötən mövsümü 12-ci yerdə bitirib.
Qeyd edək ki, U-19 ilk yoxlama oyununda İsveçrənin “Sent Marqreten” klubu üzərində 12:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-19 ilk yoxlama oyununda İsveçrənin “Sent Marqreten” klubu üzərində 12:0 hesablı qələbə qazanıb.
0
0