“Xəzər-Lənkəran”: 1 saat əvvəl
05.02.2010 - 17:23
Unibank Premyer Liqasının XIX turunun "Simurq" - "Xəzər Lənkəran" oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, fevralın 7-də keçirilməli olan, lakin pis hava şəraiti ucbatından ayın 9-na təxirə salınan qarşılaşmanın başlama saatında da dəyişiklik edilib. Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq matçın start fiti saat 17:00-da çalınacaq.
Qeyd edək ki, XIX turun son görüşü olan bu matçın saat 18:00-da başlaması nəzərdə tutulmuşdu.
Qeyd edək ki, XIX turun son görüşü olan bu matçın saat 18:00-da başlaması nəzərdə tutulmuşdu.
0
0