“Kamran Ağayev ürəyi yandığı üçün belə deyir”
05.02.2010 - 18:21
“Avro-2012-nin püşkünü hamı kimi mən də böyük maraqla gözləyirəm. Püşk milli komandanın çıxışında doğrudan da vacib amildir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi, “Xəzər-Lənkəran”ın çalışdırıcısı Ağasəlim Mircavadov deyib.
Fevralın 7-də Polşanın paytaxtı Varşavada keçiriləcək 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma öncəsi səbətlər, potensial rəqiblərlə maraqlanan təcrübəli mütəxəssis güclü rəqiblərin çox düşməsindən ehtiyatlanır: “Aydın məsələdir ki, ilk səbətdən Avropada çox güclü olan yığma düşəcək. Ancaq 1 güclü rəqib, yaxud 2-3 rəqibə qarşı oynamaq fərqlidir. Bu zaman yaxşı çıxış edib, çox xal toplamaq qəliz məsələ olur. Bununla bağlı baş məşqçi dəqiq fikir söyləyə bilər. Hər şey Allahın əlindədir. Hansı yığma qismətimizə düşəcəksə, onunla da oynayacağıq. Necə deyərlər, başqa çarəmiz yoxdur. Əslində püşklə yanaşı, təqvimdən də çox şey asılıdır. Oyunların qrafiki, rəqiblərin ardıcıllığı böyük önəm kəsb edir”.
İlk səbətdən Rusiya və Xorvatiya yığmaları nisbətən münasib rəqiblər sayılsa da, 63 yaşlı çalışdırıcı ikincilərlə düşməyi heç arzulamır: “Mən hətta deyərdim ki, Xorvatiya seçmə mərhələdə İtaliyadan da güclüdür. Fikir verin, xorvatlar seçmə mərhələdə necə inamlı, yaxşı oynayır, hətta özündən güclü rəqibləri yenirlər. İtalyanlar isə adətən seçmə mərhələdə elə də yaxşı təsir bağışlamır, final mərhələsinə vəsiqəni tez qazanmırlar. Rusiyaya gəlincə, bu yığma ilə yenidən görüşmək maraqlı olardı”.
Mircavadov məşqçilik karyerasında ən böyük zərbəni Fransa yığmasından alıb ki, 1995-ci ilin sentyabrın 6-da Oserdə 0:10 hesablı məğlubiyyət yığmamızın ən ağır yenilgisidir. Fransızlar yenidən potensial rəqibimizdir və milli komandamızın əsas qapıçısı Kamran Ağayev də onlarla bir qrupa düşüb, 15 il əvvəlkinin qisası almaq üçün alışıb-yanır. Mircavadov “Xəzər-Lənkəran”da kapitanı olan Ağayevin bu fikir ilə tanışdır: “Onunla bu haqda söhbətim olub. Kamran ürəyi yandığından belə deyir. Mən onu başa düşürəm. Ancaq Kamran həmin oyunları görməyib. Fransa yığması mənə çox tanış rəqibdir. Yığmanın çalışdırdığı vaxtda Trabzonda 0:2, Oserdə 0:10 hesabı ilə uduzmuşuq. Bilirsiniz, o, bir faciə, qəza idi. Yığmanın o vaxtkı heyəti, oyunu elə hesaba uyğun deyildi. Əlbəttə, Fransa ilə yenidən düşsək, həmin hesab təkrarlanmayacaq. Bu dəfə yaxşı nəticə göstərərik. Əsas məsələ yığmanın istənilən sınağa hazır olmasıdır. Yığma və klub məşqçiləri birgə çalışmalı, proqram, konsepsiya hazırlanmalıdır. Onu da nəzərə alaq ki, Vaqif Cavadovla Mahir Şükürov daha əvvəlki tək 7-10 gün yığmada olmayacaq. Onlar artıq xaricdə çıxış edir və klubları qaydaya görə, 4 gün qalmış onları rəsmi oyuna buraxacaqlar”.

0
0