Azərbaycan yığması “Terek”lə qarşılaşacaq
08.02.2010 - 13:33
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri növbəti yoxlama oyununda Rusiyanın “Terek” klubunun əvəzedici heyəti ilə görüşəcək. Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu millimizin toplanış çərçivəsində üçüncü yoxlama matçıdır. Bunadək komandamız İsveçrənin “Sent Marqrethen” klubuna 12:0, Qazaxıstanın “Kazaxmıs” klubuna isə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev hazırda “Terek”də çalışır. Ötən ilin payızınadək klubun əvəzedici heyətinin baş məşqçisi olan mütəxəssis hazırda əsas komandada məşqçi kimi çalışmaqla yanaşı, həm də aşağı yaş qruplarından ibarət komandalarına nəzarət edir.

0
0