Qus Hiddink milli komandamıza “təsəlli” verdi
08.02.2010 - 14:04
Qus Hiddink milli komandamıza “təsəlli” verdi
“Mənə elə gəlir ki, Avro-2012-nin seçmə mərhələsində A qrupu ən çətindir. Çünki burada Almaniya və Türkiyə kimi güclü komandalar yer alır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.

Azərbaycan milli komandasını seçmə mərhələdə gərgin mübarizə gözlədiyinə işarə vuran Hiddink UEFA-nın yeni qaydasına da toxunub. O, Avropanın ən ali futbol qurumunun siyasi gərginlik yaşayan Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Gürcüstanı ayrı-ayrı qruplara salmasına belə münasibət bildirib: “Mən siyasətçi deyiləm, idmançıyam. Təəssüf ki, ölkələrin idmana aid olmayan səbəblər ucbatından bir-birlərindən ayrı düşmələrini görmək çox pisdir”.

Qeyd edək ki, A qrupunda yığmamız Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanı sınağa çəkəcək.